Bilik Fondunun
Beynəlxalq Müəllim Günü hədiyyəsi
İsmayıllıda regional Bilik
evi açıldı
Oktyabrın 5-də Beynəlxalq Müəllimlər
Günündə Azərbaycan
Respublikasının Prezidenti
yanında Bilik Fondunun İsmayıllı
regional Bilik evinin açılışı olub.
Açılış mərasimində rayon rəhbərliyi,
ictimaiyyət nümayəndələri,
yerli ziyalılar iştirak edib.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd
Sadıqov hər bir dövlətin inkişafında təhsilin
vacib olduğunu bildirib. Bilik evinin yaradılmasını
dövlətin yerli əhaliyə diqqət və qayğısının
daha bir nümunəsi kimi dəyərləndirən icra
başçısı Bilik
Fondunun həyata keçirdiyi maarifləndirici
layihələrə bundan
sonra da dəstək verməyə
hazır olduqlarını
deyib və rayon əhalisini Bilik evi ilə fəal
əməkdaşlıq etməyə
çağırıb.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini
Sevil Əhmədova
regional Bilik evinin məhz İsmayıllı
rayonunda açılmasının
sevindirici hadisə olduğunu deyib. S.Əhmədova burada gənclərin və yeniyetmələrin dünyagörüşünün hərtərəfli inkişafı
üçün geniş
şərait yaradıldığını,
müxtəlif kursların
təşkil olunduğunu,
mütəmadi olaraq ədəbiyyat, incəsənət
və dövlət xadimləri ilə maraqlı görüşlərin
keçiriləcəyini, gənclərə
elmi biliklərlə yanaşı, peşə vərdişlərinin də
aşılanacağını vurğulayıb.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov çıxışında Bilik
evinə gözəl məkan ayırdıqlarına
və fondun layihələrini daim dəstəklədiklərinə görə, rayon rəhbərliyinə
minnətdarlığını bildirib. O.Səmədov açılış mərasiminin məhz Beynəlxalq Müəllimlər
Gününə təsadüf
etməsinin təhsil ictimaiyyəti üçün
hədiyyə olduğunu
deyib. İcraçı direktor bütün
ismayıllılıları, o cümlədən ətraf
rayonların sakinlərini
Bilik evini doğma bilməyə çağırıb. Bilik evində
fəaliyyət göstərəcək
kurslardan danışan
O.Səmədov bu gündən etibarən ingilis və rus dili kurslarının
fəaliyyətə başladığını
elan edib.
Açılış mərasimində
iştirak edən İsmayıllı rayonundan
Milli Məclisə deputat seçilən Novruzəli Aslanov Azərbaycan Prezidenti İlham Əliyevin elmə, təhsilə qayğısından söz
açaraq, Bilik evini bu qayğının
daha bir nümunəsi kimi dəyərləndirib. O bildirib
ki, rayon əhalisi Bilik evindən səmərəli istifadə
edərək həm özlərinin, həm də cəmiyyətin inkişafına böyük
töhfə vermiş
olacaqlar.
Gənc müəllimə Səbinə
Bağırlı yaşadığı
rayonda məhz Beynəlxalq Müəllimlər
Günündə Bilik
evinin açılmasını
heç vaxt unudulmayacaq hadisə kimi qiymətləndirib.
Açılış mərasimindən sonra icra başçısının,
Bilik Fondu nümayəndələrinin, rayon ictimaiyyətinin, gənclərin
iştirakı ilə
Bilik evində ilk “dəyirmi masa” keçirilib.
Xatırladaq ki, Bilik Fondunun
Qax, Oğuz, Şəmkir, Nardaran Bilik evləri fəaliyyət göstərir. Yaxın zamanlarda
Astara və Tərtər rayonlarında
Bilik evlərinin istifadəyə verilməsi
nəzərdə tutulur.
Bilik Fondu ahıl müəllimləri də unutmadı
Bilik Fondu hər il müxtəlif bayramlarda, həmçinin Beynəlxalq Müəllim Günündə Bilgəhdə yerləşən “Müharibə və əmək veteranları üçün pansionat”da yaşayanlara baş çəkir, onların arzu və istəklərini dinləyərək yerinə yetirməyə çalışır.
Pansionatda 12 nəfər təqaüdçü
müəllim də yaşayır. Fondun əməkdaşları
Beynəlxalq Müəllimlər Günü
münasibətilə ahıl müəllimləri təbrik edib, onlara hədiyyələr
verib, pansionatın kitabxana
fondunu zənginləşdirmək məqsədilə
müxtəlif kitablar
bağışlayıblar. Ahıl müəllimlər Bilik Fondunun onları diqqətdən
kənarda qoymamasını yüksək dəyərləndiriblər.
Azərbaycan.-2016.- 6 oktyabr.- S.4.