Estoniya Respublikasının yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Kersti Kalyulayda

Hörmətli xanım Kalyulayd,

Estoniya Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Estoniya əlaqələrinin genişlənməsi, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Estoniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 6 oktyabr 2016-cı il.

Azərbaycan.-2016.- 7 oktyabr.- S.2.