Azərbaycan
Respublikası Hökuməti ilə İran
İslam Respublikası Hökuməti
arasında Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin
reallaşdırılması sahəsində əməkdaşlıq
haqqında Niyyət Protokolunun təsdiq
edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini
rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan
Respublikası Hökuməti ilə İran İslam
Respublikası Hökuməti arasında Şimal-Cənub Beynəlxalq
Nəqliyyat Dəhlizinin reallaşdırılması sahəsində
əməkdaşlıq haqqında 2016-cı il avqustun 7-də
Bakı şəhərində imzalanmış Niyyət
Protokolu təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu fərmanın 1-ci
hissəsində göstərilən Niyyət Protokolunun
müddəalarının həyata keçirilməsi
üçün tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi Niyyət
Protokolunun qüvvəyə minməsi üçün zəruri
olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə
İran İslam Respublikası Hökumətinə bildiriş
göndərsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
4 oktyabr 2016-cı il
Azərbaycan.-2016.- 7 oktyabr.- S.2.