Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli
Fərmanı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Dövlət Gömrük
Komitəsi haqqında Əsasnamə”də dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin
2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi haqqında Əsasnamə”ni
“Malların və nəqliyyat vasitələrinin gömrük
sərhədindən keçirilməsi üçün
“Yaşıl dəhliz” və digər buraxılış
sistemlərindən istifadə Qaydaları”nın təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 21 may tarixli 920 nömrəli Fərmanına
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli
Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012, N 6, maddə 540; 2013, N 12, maddə 1552; 2014, N 1,
maddə 14; 2015, N 6, maddə 699) ilə təsdiq edilmiş “Azərbaycan
Respublikasının Dövlət Gömrük Komitəsi
haqqında Əsasnamə”nin 3.1.42-ci yarımbəndinə
“ictimai informasiyanın” sözlərindən sonra “, o cümlədən
həyata keçirilən xarici ticarət əməliyyatları
zamanı risk qrupları üzrə buraxılış sistemlərindən
istifadə ilə bağlı, habelə
idxalatçıların müəyyən risk qrupuna aid edilməsi
və ya onların risk qruplarının dəyişdirilməsi
barədə məlumatların” sözləri əlavə
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 oktyabr
2016-cı il
Azərbaycan.-2016.- 7 oktyabr.- S.2.