Heydər Əliyev
Fondu xüsusi
qayğıya ehtiyacı olan şəxslərin
sağlamlıqlarını diqqətdə saxlayır
Leyla Əliyeva Bilgəhdəki
müharibə və əmək əlilləri
üçün pansionatda olub
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Bilgəh
qəsəbəsindəki müharibə və əmək əlilləri
üçün pansionatda olub.
Leyla
Əliyeva burada yaşayan ahıllarla görüşüb,
onlarla söhbət edib.
Pansionatın
sakinləri üçün musiqi proqramı təqdim olunub.
Qeyd
edək ki, Bilgəh qəsəbəsindəki müharibə
və əmək əlilləri üçün pansionat
ötən əsrin 60-cı illərindən fəaliyyət
göstərir. 2013-cü ildə pansionatda tikilmiş yeni
korpus istifadəyə verilib.
Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq
bu pansionata baş çəkir, ahılların arzu və
ehtiyacları ilə maraqlanır.
Heydər
Əliyev Fondu uşaq evləri və internat məktəbləri,
xüsusi qayğıya ehtiyacı olan şəxslərlə
yanaşı, müntəzəm olaraq yaşlı
insanların da problemlərini, sağlamlıqlarını diqqətdə
saxlayır. Bilgəh qəsəbəsindəki müharibə
və əmək əlilləri üçün pansionatda
yaşayan ahıllar müxtəlif səhiyyə ocaqlarında
müayinə edilir, onlar üçün konsertlər, bayram
şənlikləri təşkil olunur.
Azərbaycan.-2016.- 7 oktyabr.- S.3.