“Yeniləşən
Azərbaycana yeni məktəb” layihəsinin
daha bir töhfəsi
Azərbaycanın birinci xanımı
Mehriban Əliyeva Abşeron rayonunun Masazır kəndində
Heydər Əliyev Fondunun dəstəyi ilə inşa edilən
4 nömrəli tam orta məktəbin
açılışında iştirak edib
Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyeva və Fondun vitse-prezidenti Leyla Əliyeva oktyabrın
6-da Abşeron rayonunun Masazır kəndində Heydər
Əliyev Fondunun dəstəyi ilə inşa olunan 4 nömrəli
tam orta məktəbin açılışında iştirak
ediblər.
Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı və Fondun
vitse-prezidenti Leyla Əliyevanı şagirdlər
qarşıladılar.
Abşeron
Rayon İcra Hakimiyyətinin başçısı İradə
Gülməmmədova yeni inşa olunan məktəb barədə
məlumat verdi. Heydər Əliyev Fondunun dəstəyi ilə
inşa olunan məktəb binasının tikintisinə 2015-ci
ilin oktyabrında başlanılıb. Müasir səviyyədə
və yüksək keyfiyyətlə inşa olunan təhsil
ocağının həyətində geniş abadlıq
işləri görülüb, yaşıllıqlar
salınıb, işıqlandırma sistemi
quraşdırılıb.
Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva və Leyla Əliyeva məktəbin
rəmzi açılışını bildirən lenti kəsdilər.
Məktəbin
foyesində ulu öndər Heydər Əliyevin, dövlətimizin
başçısı İlham Əliyevin və Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Abşeron
rayonuna səfərləri, həmçinin təhsilə
qayğılarını əks etdirən fotostend
yaradılıb. Təhsil ocağı zəruri inventar və əyani
vəsaitlərlə tam təchiz edilib. Burada ümumilikdə
36 sinif otağı var. Üçmərtəbəli 800 yerlik
məktəbdə Azərbaycan və rus bölmələrində
646 şagird təhsil alır. Onların təlim-tərbiyəsi
ilə 38 müəllim məşğul olur.
Məktəbdə
bufet və ümumi sahəsi 600 kvadratmetr olan idman zalı da
yaradılıb. Təhsil ocağının 360 yerlik akt
zalı müasir səviyyədə qurulub. Masazır kənd
4 nömrəli tam orta məktəbində müxtəlif fənn
kabinetləri, o cümlədən hərbi, biologiya, fizika, informatika
kabinetləri, kimya laboratoriyası və kitabxana fəaliyyət
göstərəcək.
Qeyd
edək ki, Heydər Əliyev Fondu təhsil sahəsində
“Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə
dəstək” layihələrini həyata keçirir. Bu layihələrin
məqsədi ölkə miqyasında müasir standartlara cavab
verən təhsil kompleksləri yaratmaq, dövlətin təhsil
siyasətinin həyata keçirilməsinə dəstək
göstərməkdir. Son 11 ildə bu layihələr çərçivəsində
ölkənin müxtəlif bölgələrində 420-dək
məktəb binası inşa olunub və yenidən qurulub.
Sonda xatirə şəkli
çəkdirilib.
Azərbaycan.-2016.- 7 oktyabr.- S.3.