Azərbaycan
Mühəndislik Akademiyası ilə Milli
Aviasiya Akademiyasının birgə
iclası keçirilib
Akademiklər Arif Paşayevə və
Roald Saqdeyevə tədbirdə mükafatlar təqdim edilib
Oktyabrın
6-da Azərbaycan Mühəndislik Akademiyası ilə Milli
Aviasiya Akademiyasının birgə iclası keçirilib.
AZƏRTAC
xəbər verir ki, akademiyanın prezidenti akademik Arif
Paşayev akademiyanın qərarını tədbir
iştirakçılarının diqqətinə
çatdırıb.
Azərbaycan
Mühəndislik Akademiyasının İdarə Heyətinin qərarı
ilə görkəmli alim, akademik Roald Saqdeyev ölkəmizlə
kosmik sahədəki faydalı əməkdaşlığına,
Azərbaycanla ABŞ arasında beynəlxalq əlaqələrin
möhkəmləndirilməsi və inkişafındakı
xidmətlərinə görə Azərbaycan Mühəndislik
Akademiyasının “Azərkosmos” istiqaməti üzrə əcnəbi
üzvü (akademiki) seçilib. R.Saqdeyevə akademiyanın
diplomu, vəsiqəsi və döş nişanı təqdim
edilib.
Daha
sonra rektor akademik Arif Paşayev Milli Aviasiya Akademiyasının
Fəxri professor diplomunu və AZAL QSC-nin Fəxri pilot diplomunu
akademik Roald Sadqeyevə təqdim edib.
Akademik
Roald Sadqeyev çıxışında Azərbaycanla kosmik məsələlərdə
əməkdaşlıq etməsindən şərəf
duyduğunu qeyd edib və verilən fəxri adlara görə
dərin minnətdarlığını bildirib. O, “Azersky”
(Spot-7) peyki ilə əlaqədar aerokosmik informasiyaların
emalı və tətbiqi istiqamətlərində önəmli
tövsiyələrini verib.
Mühəndislik
Akademiyasının vitse-prezidenti Əhəd Canəhmədov
Beynəlxalq Mühəndislik Akademiyasının Prezidentlər
Şurasının qərarı ilə akademiyanın işində
xüsusi fəaliyyətinə və beynəlxalq əlaqələrin
möhkəmləndirilməsində verdiyi töhfələrə
görə Beynəlxalq Mühəndislik Akademiyasının
vitse-prezidenti, Azərbaycan Mühəndislik
Akademiyasının prezidenti akademik Arif Mir Cəlal oğlu
Paşayevə Beynəlxalq Mühəndislik
Akademiyasının “Fəxri Qızıl Nişanı” fərqlənmə
nişanını və diplomunu təqdim edib.
Azərbaycan.-2016.- 7 oktyabr.- S.4.