“Terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə
çərçivəsində Azərbaycan Respublikasının
qanunvericiliyinə və
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə,
habelə Birləşmiş
Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının
aidiyyəti qətnamələrinə
əsasən barələrində
sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi
Siyahısının təsdiq
olunması Qaydası”nın
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli qərarında
dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 376
¹ 376
Bakı şəhəri,
4 oktyabr 2016-cı il
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın
leqallaşdırılmasına və terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
haqqında” Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
barədə” Azərbaycan
Respublikasının 2015-ci il
20 oktyabr tarixli
1401-IVQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 19
noyabr tarixli 681 nömrəli Fərmanının
1.4-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə
çərçivəsində Azərbaycan Respublikasının
qanunvericiliyinə və
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə,
habelə Birləşmiş
Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının
aidiyyəti qətnamələrinə
əsasən barələrində
sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi
Siyahısının təsdiq
olunması Qaydası”nın
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli qərarında
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2010, N 6, maddə 568; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2016-cı il
23 avqust tarixli 312 nömrəli qərarı)
aşağıdakı dəyişikliklər
edilsin:
1. Adında və 1-ci hissədə “Azərbaycan
Respublikasının qanunvericiliyinə
və tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə, habelə
Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik
Şurasının aidiyyəti
qətnamələrinə əsasən
barələrində sanksiyalar
tətbiq edilməli olan fiziki və
ya hüquqi” sözləri “barəsində
sanksiya tətbiq edilməli olan” sözləri ilə əvəz edilsin.
2. Həmin qərarla təsdiq edilmiş “Terrorçuluğun maliyyələşdirilməsinə
qarşı mübarizə
çərçivəsində Azərbaycan Respublikasının
qanunvericiliyinə və
tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə,
habelə Birləşmiş
Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasının
aidiyyəti qətnamələrinə
əsasən barələrində
sanksiyalar tətbiq edilməli olan fiziki və ya hüquqi şəxslərin Ümumi
Siyahısının təsdiq
olunması Qaydası”
üzrə:
2.1. adında və
2-ci hissədə “Azərbaycan
Respublikasının qanunvericiliyinə
və tərəfdar çıxdığı beynəlxalq
müqavilələrə, habelə
Birləşmiş Millətlər
Təşkilatının Təhlükəsizlik
Şurasının aidiyyəti
qətnamələrinə əsasən
barələrində sanksiyalar
tətbiq edilməli olan fiziki və
ya hüquqi” sözləri “barəsində
sanksiya tətbiq edilməli olan” sözləri ilə əvəz edilsin;
2.2. aşağıdakı məzmunda 3-1-ci hissə əlavə edilsin:
“3-1. Şəxsin terrorçuluğun
maliyyələşdirilməsinə qarşı mübarizə
çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin siyahısına daxil edilməsi barədə qərardan Azərbaycan Respublikasının İnzibati
Prosessual Məcəlləsi
ilə müəyyən
edilmiş qaydada məhkəməyə şikayət
verilə bilər.”;
2.3.
4-cü hissədə “rəsmi
dövlət qəzetində
dərc olunur” sözləri “dərhal onun rəsmi internet səhifəsində yerləşdirilir”
sözləri ilə əvəz edilsin;
2.4. 5.1-ci
bənd aşağıdakı
redaksiyada verilsin:
“5.1. Barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində
və ya nəzarətində olan hüquqi şəxslərin,
o cümlədən bu
şəxslərin adından
və ya onların tapşırığı
ilə fəaliyyət
göstərən fiziki
və hüquqi şəxslərin aktivlərinin
və həmin aktivlərlə əməliyyatların
təxirəsalınmadan dondurulması
və terrorçuluğun
maliyyələşdirilməsinin qarşısının alınması;”;
2.5. 8-ci (ikinci halda), 9-cu (hər iki halda),
14-cü və 19-cu hissələrdə
“bəndində” sözü
“hissəsində” sözü
ilə əvəz edilsin;
2.6.
26-cı və 27-ci hissələr
aşağıdakı redaksiyada
verilsin:
“26. Azərbaycan Respublikasının ərazisində fiziki və ya hüquqi şəxslər tərəfindən istənilən aktivin terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin, habelə bu şəxslərin sahibliyində və ya nəzarətində olan hüquqi şəxslərin, o cümlədən bu şəxslərin adından və ya onların tapşırığı ilə fəaliyyət göstərən fiziki və hüquqi şəxslərin bilavasitə və ya dolayısı ilə sahibliyinə, istifadəsinə və ya sərəncamına verilməsi, bu aktivlərdən həmin şəxslər tərəfindən hər hansı bir formada mənfəət əldə edilməsinə şərait yaradılması qadağandır. Ümumi Siyahı Maliyyə Bazarlarına Nəzarət Palatasının rəsmi internet səhifəsində yerləşdirildiyi vaxtdan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər aktivlərin həmin şəxslərə xəbərdarlıq etmədən təxirəsalınmadan dondurulması üzrə tədbirlər görməli və bu barədə dərhal Maliyyə Bazarlarına Nəzarət Palatasına məlumat verməlidirlər.
27. Bu Qaydanın 26-cı hissəsində göstərilmiş şəxslərin aktivlərinin dondurulması üzrə tədbirlər həmin şəxslərin birbaşa və ya dolayısı ilə sərəncamında, sahibliyində və ya istifadəsində olan, yaxud həmin şəxslərin mülkiyyətində, o cümlədən ümumi mülkiyyətində (birgə və ya paylı) olan, həmin şəxslər tərəfindən idarə və ya nəzarət olunan aktivləri, habelə belə əmlak vasitəsilə əldə edilmiş digər aktivləri əhatə edir.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 8 oktyabr.- S.5.