Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə təsdiq
edilmiş “Özəlləşdirilən
dövlət müəssisə və obyektlərinin, habelə
hüquqi və fiziki
şəxslər tərəfindən inşa
edilmiş müəssisə və obyektlərin
yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında
Əsasnamə”də dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 377
¹ 377 Bakı
şəhəri, 5 oktyabr 2016-cı il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, N 4, maddə 301, N 7, maddə 477; 2000, N 5, maddə 369, N 7, maddə 560; 2008, N 5, maddələr 432, 443, N 10, maddə 937; 2009, N 10, maddə 846; 2011, N 8, maddə 785; 2015, N 11, maddə 1418) ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:
1. Aşağıdakı məzmunda 6-1-ci hissə əlavə edilsin:
“6-1. Torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.”.
2. 8-ci hissənin ikinci cümləsində “normativ qiymətinin 10 faizi” sözləri “bazar dəyərinin 3 faizi” sözləri ilə, üçüncü cümləsində “normativ qiymətlərin 5 faizi” sözləri “torpağın bazar dəyərinin 2 faizi” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 8 oktyabr.- S.5.