Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 24 yanvar tarixli 23 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət
müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar”da dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 378
¹ 378
Bakı şəhəri,
5 oktyabr 2016-cı il
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasını rəhbər
tutaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 24 yanvar tarixli 23 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, N 1, maddə 72; 2007, N 11, maddə 1190; 2008, N 6, maddə
586,
N 10, maddə 937; 2009, N 10, maddə
846) ilə təsdiq edilmiş “Özəlləşdirilən
dövlət müəssisələrinin
(obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallar”a aşağıdakı
məzmunda 7-ci hissə
əlavə edilsin:
“7. Özəlləşdirilən dövlət
müəssisələrinin (obyektlərinin) start (satış)
qiyməti daşınmaz
əmlakın dövlət
reyestrində daşınmaz
əmlakın alqı-satqısı
zamanı təşəkkül
tapan bazar dəyərindən aşağı
olduqda, həmin müəssisələrin (obyektlərin)
qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti
haqqında” Azərbaycan
Respublikasının Qanununa
uyğun olaraq həyata keçirilir.”.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 8 oktyabr.- S.5.