“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları
üzrə gömrük rüsumlarının dərəcələri
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 12 aprel
tarixli 80 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 379
¹ 379 Bakı
şəhəri, 5 oktyabr 2016-cı il
Azərbaycan
Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci
abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası
İqtisadiyyat Nazirliyinin Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi və Azərbaycan Respublikasının Dövlət
Gömrük Komitəsi ilə
razılaşdırılmış təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara
alır:
1. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2001, N 4, maddə 289, N 8, maddə 560; 2002, N
8, maddə 549, N 9, maddə 581, N 10, maddə 647; 2003, N 2, maddə
147, N 4, maddə 226, N 10, maddə 614, N 12, II kitab, maddə 749;
2004, N 3, maddə 196, N 4, maddə 307, N 5, maddələr 389,
390, N 9, maddə 743; 2005, N 10, maddə 980; 2006, N 4, maddə
363, N 7, maddə 652; 2007, N 5, maddə 548, N 6, maddə 700, N 11,
maddə 1187; 2008, N 4, maddə 325; 2009, N 11, maddə 938; 2010, N
1, maddə 68; 2012, N 9, maddə 928; 2013, N 7, maddə 871; 2014, N
1, maddə 65, N 2, maddə 197; 2016, N 4, maddə 823; Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 2 avqust tarixli
290 nömrəli, 16 avqust tarixli 308 nömrəli və 23
sentyabr tarixli 367 nömrəli qərarları) ilə təsdiq
edilmiş “Azərbaycan
Respublikasından ixrac zamanı ixrac gömrük rüsumuna cəlb
olunan malların siyahısı və ixrac
rüsumlarının dərəcələri”nə “I.
İlkin məhsullar: dənəvər və tozşəkilli
məhsullar” bölməsindən əvvəl qərarın əlavəsində
göstərilən məzmunda mal mövqeləri əlavə
edilsin.
2. Bu
qərar dərc olunduğu gündən 30 (otuz) gün sonra
qüvvəyə minir və 5 (beş) il müddətində
qüvvədədir.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2016.- 8 oktyabr.- S.5.