Azərbaycan İpoteka
Fondu Açıq Səhmdar Cəmiyyətinin
uzunmüddətli (beş
ildən artıq) ipoteka istiqrazlarına dövlət zəmanətinin
verilməsi şərtlərinin
və mexanizminin, onların emissiyasının
illik həcminin, güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə
yönəldilən hissəsinin müəyyən
edilməsi Qaydasının
təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 381
¹ 381
Bakı şəhəri,
5 oktyabr 2016-cı il
Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin yaradılması
haqqında Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 27 oktyabr tarixli 661 nömrəli Fərmanının 4.8-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli
(beş ildən artıq) ipoteka istiqrazlarına dövlət
zəmanətinin verilməsi
şərtlərinin və
mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli
ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin
müəyyən edilməsi
Qaydası təsdiq edilsin (əlavə olunur).
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2016-cı il 5oktyabr tarixli 381nömrəli qərarı
ilə təsdiq edilmişdir.
Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin uzunmüddətli
(beş ildən artıq) ipoteka istiqrazlarına dövlət
zəmanətinin verilməsi
şərtlərinin və
mexanizminin, onların emissiyasının illik həcminin, güzəştli
ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsinin
müəyyən edilməsi
QAYDASI
1. Ümumi müddəa
1.1. BuQayda Azərbaycan İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin yaradılması
haqqında Azərbaycan
Respublikası Prezidentinin
2015-ci 27 oktyabr il tarixliFərmanının 4.8-ci bəndinə
uyğun olaraq hazırlanmışdır və
Azərbaycan İpoteka
FonduASC-ninuzunmüddətli (beş ildən artıq) ipoteka istiqrazlarına dövlət
zəmanətinin verilməsi
şərtləri və
mexanizmini, onların emissiyasının illik həcmini, güzəştli
ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsini
müəyyən edir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydada istifadə olunan əsas anlayışlar aşağıdakı
mənaları ifadə
edir:
2.1.1. dövlət zəmanəti - Zamin tərəfindən Emitentin
emissiya etdiyi dövlət zəmanəti
ilə təmin edilmiş ipoteka istiqrazları (bundan sonra ipoteka istiqrazları) üzrə
öhdəliklərin yerinə
yetirilməsinin təminatı
məqsədi ilə verilmiş yazılı öhdəlik;
2.1.2. Emitent - ipoteka istiqrazlarının emissiyasını
bu Qaydaya uyğun həyata keçirən Azərbaycan
İpoteka Fondu Açıq Səhmdar Cəmiyyəti;
2.1.3. Emitentin ödəniş agenti - Azərbaycan Respublikasının Milli Depozit Mərkəzi. Emitentin ödəniş agentinin əsas funksiyasına istiqrazlar üzrə öhdəliklərin
yerinə yetirilməsi
daxildir;
2.1.4. istiqrazın emissiyası haqqında qərar ipoteka istiqrazlarının buraxılması
haqqında Azərbaycan
İpoteka Fondu Açıq Səhmdar Cəmiyyətinin İdarə
Heyətinin qərarı;
2.1.5. istiqraz mülkiyyətçiləri
- istiqrazlar üzrə
mülkiyyət hüququ
mərkəzi depozitarda
qeydə alınmış
hüquqi və ya fiziki şəxslər;
2.1.6. Zamin - Azərbaycan Respublikası adından çıxış edən
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi;
2.1.7. Zaminin ödəniş agenti - Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi.
3. İpoteka istiqrazlarına dövlət zəmanətinin
verilməsi şərtləri
3.1.Azərbaycan Respublikası
adından dövlət
zəmanəti verən
və dövlət zəmanəti üzrə
öhdəliklərin icrasını
təmin edən icra hakimiyyəti orqanı qismində Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi (bundan sonra - Maliyyə Nazirliyi) çıxış edir.
3.2. Zamin tərəfindən dövlət zəmanəti
üzrə öhdəliklər
ipoteka istiqrazlarının
emissiya şərtlərində
nəzərdə tutulmuş
ipoteka istiqrazlarının
nominal dəyəri və
(və ya) onlar üzrə qismən və ya tam faiz ödənişləri
üzrə öhdəliklərinEmitent
tərəfindən yerinə
yetirilmədiyi təqdirdə
icra edilir. Emitent tərəfindən ipoteka
istiqrazlarının mülkiyyətçiləri
qarşısında digər
öhdəlikləringecikdirilmiş icrası və ya icra olunmaması
zaminlik predmetinə
aid edilmir.
3.3. Emitentin ipoteka istiqrazlarının buraxılışı
dövlət qeydiyyatına
alındığı andan
etibarən dövlət
zəmanəti qüvvəyə
minir və zəmanət ipoteka istiqrazlarının dövriyyə
müddəti ərzində
qüvvədə qalır.
İpoteka istiqrazları üzrə
öhdəliklərin icrası
tam başa çatdıqdan
sonra zəmanətə
xitam verilir.
3.4. Emitentin emissiya etdiyi ipoteka istiqrazlarının nominalı
Azərbaycan Respublikasının
milli valyutasında ifadə edilir.
3.5. Emitent tərəfindən
emissiya edilən ipoteka istiqrazları üzrə dövlət zəmanətinin məbləği
Zamin tərəfindən
müvafiq il
üzrə dövlət
büdcəsi haqqında
Azərbaycan Respublikası
Qanununun daxili dövlət borclanmasının
yuxarı həddində
(limitində) nəzərə
alınır.
3.6. Emitentin emissiya etdiyi ipoteka istiqrazları üzrə dövlət zəmanətinin
xüsusi şərtləri
Zamin ilə Emitent arasında bağlanan Zəmanət Sazişi ilə müəyyən olunur. Zəmanət Sazişində emissiya
edilən ipoteka istiqrazlarına dövlət
zəmanətinin verilməsinin
əsas şərtləri,
Zaminin və Emitentin hüquq və öhdəlikləri
təsbit olunur.
3.7. Emitentin emissiya etdiyi ipoteka istiqrazları dövriyyədə
olduğu müddətdə
Emitent tərəfindən
cəlb edilən bütün kreditor borcları, o cümlədən
zəmanətsiz emissiya
ediləcək istiqrazların
buraxılışı Zaminlə
razılaşdırılır.
3.8. Dövlət zəmanəti
üzrə öhdəliklərin
icrası Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2008-ci il 10 aprel tarixli 84 nömrəli qərarı
ilə təsdiq edilmiş Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydalarına
uyğun olaraq həyata keçirilir.
4. İpoteka istiqrazlarına dövlət zəmanətinin
verilməsi mexanizmi
4.1. Emitent hər il sentyabr
ayının 1-dək dövlət
zəmanətinin verilməsi
üzrə rəsmi müraciətlə yanaşı,
aşağıdakı sənədləri
Zaminə təqdim edir:
4.1.1 ipoteka istiqrazlarının
emissiyası haqqında
qərar;
4.1.2. dövlət zəmanəti tələb
edilən borcalmanın
məqsədini şərh
edən biznes-plan;
4.1.3. növbəti il ərzində buraxılması nəzərdə
tutulan istiqrazların,
o cümlədən, ipoteka
istiqrazlarının emissiyası
haqqında məlumat
(buraxılışların həcmi, ehtimal olunan gəlirlilik dərəcəsi, faizlərin
ödənilməsi qaydası);
4.1.4. müstəqil auditor tərəfindən təsdiq
edilmiş son iki il üçün maliyyə hesabatları;
4.1.5. kredit təşkilatlarına
borcu, digər borcları və onlara xidmət göstərilməsi haqqında
məlumatı özündə
əks etdirən İdarə Heyəti sədrinin məktubu;
4.1.6. lisenziyaya malik
olan investisiya şirkəti və ödəniş agenti ilə müqavilə.
4.2. Zamin təqdim edilmiş sənədlər
əsasında müvafiq
il üzrə
daxili dövlət borcunun yuxarı həddinə (limitinə)
uyğun olaraq dövlət zəmanətinin
məbləğini müəyyən
edir və bu məbləğ çərçivəsində ipoteka istiqrazlarının
nominal dəyərinin və
(və ya) onlar üzrə qismən və ya tam faiz ödənişlərinin
dövlət zəmanəti
ilə təmin edilməsinə dair qərar verir və dövlət zəmanəti Maliyyə Nazirliyi tərəfindən
imzalanır. Qərar verildikdən sonra
Zaminlə Emitent arasında Zəmanət Sazişi bağlanılır.
4.3. Emitent dövlət zəmanəti ilə təmin edilmiş ipoteka istiqrazlarının
hər buraxılışı
zamanı həmin ipoteka istiqrazlarının
yerləşdirmə qiymətini
Zaminlə razılaşdırır.
İpoteka istiqrazlarının yerləşdirmə qiyməti
Zamini qane etmədiyi təqdirdə,
Zamin həmin istiqraz buraxılışına
dövlət zəmanətinin
verilməsindən imtina
etmək hüququna malikdir.
4.4. İpoteka istiqrazlarının
yerləşdirilməsi başa
çatdıqdan sonra
Emitent tərəfindən
hər bir hərracın nəticələri
haqqında hesabat Zaminə təqdim edilir.
4.5. Emitent tərəfindən ipoteka istiqrazları vasitəsilə əldə edilmiş vəsaitin istifadəsi haqqında icmal-hesabat Zaminə rüblük olaraq təqdim edilir.
5. İpoteka istiqrazlarının emissiyasının illik həcmi, güzəştli ipoteka kreditlərinin
maliyyələşdirilməsinə yönəldilən hissəsi
5.1. Azərbaycan İpoteka Fondu ASC-nin uzunmüddətli ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsi barədə təkliflər ətraflı bazar araşdırmasına əsaslanaraq həmin Cəmiyyətin İdarə Heyəti tərəfindən Müşahidə Şurasına təqdim edilir.
5.2. Müşahidə Şurası ipoteka istiqrazlarının emissiyasının illik həcmi və güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsinə yönəldilən hissəsi üzrə təklifləri təsdiqlədikdən sonra razılaşdırılması üçün Maliyyə Nazirliyinə təqdim edir.
5.3. Maliyyə Nazirliyi
müvafiq il üzrə
dövlət büdcəsi haqqında Azərbaycan
Respublikasının Qanununa daxil edilməsi üçün
daxili dövlət borclanmasının
yuxarı həddi (limiti) barədə təkilflərin
hazırlanması zamanı ipoteka istiqrazlarının
emissiyasının illik həcmi və
güzəştli ipoteka kreditlərinin
maliyyələşdirilməsinə yönəldilən hissəsini
nəzərə alır.
Azərbaycan.-2016.- 8 oktyabr.- S.5.