“Mədəniyyət təsisatlarına xüsusi
statusların verilməsi Qaydası”nın və “Xüsusi
status almış mədəniyyət təsisatlarının
işçilərinin aylıq vəzifə maaşlarına
müəyyən edilmiş əlavələr”in təsdiq edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı
¹ 382
N 382
Bakı şəhəri, 5 oktyabr 2016-cı il
“Mədəniyyət
haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr
tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan
Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli
Fərmanının 1.1.6-cı yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “Mədəniyyət
təsisatlarına xüsusi statusların verilməsi
Qaydası” təsdiq edilsin.
2.
“Xüsusi status almış mədəniyyət təsisatlarının
işçilərinin aylıq vəzifə maaşlarına
müəyyən edilmiş əlavələr” təsdiq
edilsin (əlavə olunur).
3. “Milli
status almış və respublika əhəmiyyətli mədəniyyət
müəssisələrinin işçilərinin aylıq vəzifə
maaşlarına əlavələrin müəyyən edilməsi
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2008-ci il 9 iyul tarixli 152 nömrəli qərarının 1-ci,
2-ci və 4-cü hissələri
ləğv edilsin.
4. Azərbaycan Respublikası Mədəniyyət və
Turizm Nazirliyi bu qərardan irəli gələn digər məsələləri
həll etsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5oktyabr tarixli 382nömrəli
qərarı ilə təsdiq edilmişdir.
Mədəniyyət
təsisatlarına xüsusi statusların verilməsi
Q A Y D A S
I
1.
Ümumi müddəalar
1.1. Bu
Qayda “Mədəniyyət haqqında” Azərbaycan
Respublikası Qanununun 23.3-cü maddəsinə uyğun olaraq
hazırlanmışdır və dövlət mədəniyyət
müəssisələrinə xüsusi statusların verilməsi
ilə bağlı münasibətləri tənzimləyir.
1.2.
Dövlət mədəniyyət müəssisələrinə
tarixi və mədəni roluna, yaradıcılıq fəaliyyətinin
əhəmiyyətinə, fondlarının zənginliyinə,
nadirliyinə, milli dəyərlərin qorunması və təbliği
sahəsində nailiyyətlərinə görə Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
milli, akademik və respublika əhəmiyyətini təsdiq edən
status verilir.
1.3. Milli statusa malik
mədəniyyət təsisatlarının fondları və əmlakı
milli sərvət hesab olunur və xüsusi əhəmiyyətli
obyektlər kimi dövlət tərəfindən qorunur.
1.4. Teatr
müəssisələrinə xüsusi statusların verilməsi
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 7 mart
tarixli 67 nömrəli qərarı ilə təsdiq edilmiş
“Teatrlara “akademik” və “milli” statusun verilməsi Qaydası” ilə
tənzimlənir.
1.5. Bu
Qayda “Mədəniyyət haqqında” Azərbaycan
Respublikası Qanununun 20-ci maddəsinə uyğun fəaliyyət istiqamətləri
olan dövlət mədəniyyət müəssisələrinə
şamil olunur.
2.
Dövlət mədəniyyət müəssisələrinə
müvafiq statusların verilmə meyarları
2.1. “Milli” status
aşağıdakı meyarlar nəzərə alınmaqla
verilir:
2.1.1. kitabxanalar
üzrə:
2.1.1.1.
oxucularının ortaillik sayı minimum 70 min nəfər,
kitab fondu minimum 4 milyon nüsxə, kitab verilişi minimum 2,5 milyon nüsxə olan;
2.1.1.2. fondlarında nadir kitabların, habelə qiymətli
nəşrlərin (xüsusi kolleksiyaların) sayı 1000-dən
az olmayan;
2.1.1.3. Azərbaycan
milli mədəniyyətini və tarixi irsini özündə əks
etdirən sənəd nümunələrinin qorunması, zənginləşdirilməsi
və inkişafında xidmətlər göstərən;
2.1.1.4. milli mədəni dəyərləri qoruyub
saxlayan və təbliğ edən;
2.1.1.5. asudə vaxtın səmərəli təşkilində
və insanların ictimai mövqeyinin formalaşmasında
iştirak edən;
2.1.1.6. dünyanın aparıcı kitabxanaları ilə
əməkdaşlıq edən, beynəlxalq tədbirlərdə
və Beynəlxalq Kitabxanalararası Abonementdə iştirak edən;
2.1.2. muzeylər, qoruqlar, qalereyalar üzrə:
2.1.2.1. fondunda Azərbaycan Respublikasının milli mədəniyyət
əmlakının Dövlət Siyahısına və mədəni
sərvətlərin mühafizə siyahısına salınan
dünya və ölkə əhəmiyyətli 8000-dən
çox mədəni sərvət olan;
2.1.2.2. eksponatların
elmi-tədqiqi və elmi təqdimatını keçirən;
2.1.2.3. eksponatların konservasiyası, bərpası və
mühafizəsini təmin edən;
2.1.2.4. Azərbaycan
xalqının tarixi və mədəni ənənələrini
tədqiq və təşviq etdirən, habelə mədəni inkişaf istiqamətində
əməli tədbirlər həyata keçirən;
2.1.2.5. Azərbaycan
milli mədəniyyətinin qorunması, zənginləşdirilməsi
və inkişafında xidmətlər göstərən;
2.1.2.6. regional və ölkə səviyyəsində
böyük nüfuz qazanan, milli mədəniyyətin və
incəsənətin inkişafında rolu olan;
2.1.2.7. asudə vaxtın səmərəli təşkilində
və insanların ictimai mövqeyinin formalaşmasında
yaxından iştirak edən;
2.1.2.8. qoruqlar “Yunesko Dünya İrs Siyahısı”na
daxil edildikdə.
2.1.3. konsert müəssisələri üzrə:
2.1.3.1. tamaşa zalında oturacaq yerlərinin sayı
minimum 600 olan;
2.1.3.2. tərkibində ən azı 6 kollektivi olan;
2.1.3.3. ölkə səviyyəsində böyük
nüfuz qazanan, milli mədəniyyətin və incəsənətin
inkişafında xüsusi rolu olan;
2.1.3.4. istedadlı gənc
kadrların yetişdirilməsində iştirak edən,
kollektivin inkişafına xidmət edən “kiçik səhnə”
və studiyalar yaradan;
2.1.3.5. milli mədəni dəyərləri qoruyub
saxlayan və təbliğ edən;
2.1.3.6. əhalinin müxtəlif təbəqələrinin
estetik zövqünü formalaşdıran və onlarda bədii
yaradıcılığa meyil oyadan;
2.1.3.7. vətənpərvərlik, humanizm, vətəndaşlıq,
habelə milli, mənəvi, multikultural dəyərlərə
hörmət və rəğbət hissləri aşılayan;
2.1.3.8. asudə
vaxtın səmərəli təşkilində və
insanların ictimai mövqeyinin formalaşmasında yaxından
iştirak edən.
2.2.
“Akademik” status aşağıdakı meyarlar nəzərə
alınmaqla verilir:
2.2.1. konsert müəssisələri üzrə:
2.2.1.1. tamaşa zalında oturacaq yerlərinin sayı
minimum 500 olan;
2.2.1.2. tərkibində ən azı 5 kollektivi olan;
2.2.1.3. ölkə səviyyəsində böyük
nüfuz qazanan, milli mədəniyyətin və incəsənətin
inkişafında xüsusi rolu olan;
2.2.1.4. milli mədəniyyətin və incəsənətin
inkişafında xüsusi rolu olan;
2.2.1.5. istedadlı gənc kadrların yetişdirilməsində
iştirak edən, kollektivin inkişafına xidmət edən
“kiçik səhnə” və studiyalar yaradan;
2.2.1.6. əhalinin müxtəlif təbəqələrinin
estetik zövqünü, bədii anlamını formalaşdıran
və onlarda bədii yaradıcılığa meyil oyadan;
2.2.1.7. vətənpərvərlik, humanizm, vətəndaşlıq,
habelə milli, mənəvi, multikultural dəyərlərə
hörmət və rəğbət hissləri
aşılayan;
2.2.1.8. asudə vaxtın səmərəli təşkilində
və insanların ictimai mövqeyinin formalaşmasında
yaxından iştirak edən.
2.3.
“Respublika” əhəmiyyətli status aşağıdakı
meyarlar nəzərə alınmaqla verilir:
2.3.1. kitabxanalar üzrə:
2.3.1.1.
oxucularının ortaillik sayı minimum 55 min nəfər,
kitab sayı minimum 2 milyon
nüsxə, kitab verilişi
minimum 600 min nüsxə olan;
2.3.1.2. kitabxana biblioqrafiya proseslərinin
avtomatlaşdırılması və informasiyalaşdırma
sahəsində müvafiq şöbələr və bölmələr
yaradan, informasiya və kommunikasiya texnologiyalarından
oxucuların və əməkdaşların geniş istifadəsini
təmin edən;
2.3.1.3 kitab fondu ənənəvi
(kağız) və elektron
informasiya daşıyıcıları ilə zəngin
olan, habelə milli və xarici ədəbiyyatla müntəzəm
təchiz olunan;
2.3.1.4. beynəlxalq qeydiyyatdan keçmiş
avtomatlaşdırılmış kitabxana informasiya sistemi əsasında
informasiyalaşdırılan kitabxana-biblioqrafiya proseslərinin
avtomatlaşdırılması, elektron kataloq və elektron
kitabxananın yaradılması və istifadəyə verilməsini
təmin edən;
2.3.1.5. əhalinin informasiyaya (o cümlədən
virtual) olan tələbatının zamandan və məkandan
asılı olmayaraq yüksək səviyyədə təmin
edən;
2.3.1.6. oxucu
sorğularını daha dolğun cavablandırmaq
üçün elektron informasiya vasitələrindən
geniş şəkildə istifadə edən;
2.3.1.7. uşaqların informasiya, elm, tədris, habelə
ümumi mədəni tələbatını yüksək səviyyədə
ödəyən;
2.3.1.8. respublikanın
mədəni həyatında fəal iştirak edən;
2.3.1.9. dünyanın aparıcı kitabxanaları ilə
əməkdaşlıq, beynəlxalq tədbirlərdə və
Beynəlxalq Kitabxanalararası Abonementdə iştirak edən;
2.3.2. muzeylər,
qoruqlar, qalereyalar üzrə:
2.3.2.1 fondunda Azərbaycan Respublikasının milli mədəniyyət
əmlakının Dövlət Siyahısına və mədəni
sərvətlərin mühafizə siyahısına
salınan ən azı 5000 mədəni
sərvət olan;
2.3.2.2. eksponatların elmi-tədqiqini və elmi təqdimatını
keçirən;
2.3.2.3. fondlarının
elektron məlumat bazaları mövcud olan;
2.3.2.4. eksponatların konservasiyası, bərpası və
mühafizəsini təmin edən;
2.3.2.5. cəmiyyətdə baş vermiş sosial-siyasi
hadisələrin ekspozisiyalarda əyani şəkildə əks
etdirilməsini təmin edən;
2.3.2.6. dünyanın aparıcı muzeyləri və
muzey tipli müəssisələri ilə birgə əməkdaşlıq edən;
2.3.2.7. respublikanın
mədəni həyatında fəal iştirak edən;
2.3.2.8. respublika əhəmiyyətli
və beynəlxalq sərgilərdə iştirak edən,
qarşılıqlı sərgilər təşkil edən;
2.3.2.9. muzeyin və muzey tipli müəssisələrin
profili üzrə beynəlxalq və yerli səviyyəli elmi
konfransların, seminarların, simpoziumların,
görüşlərin təşkili və müxtəlif
layihələrin hazırlanmasını təmin edən;
2.3.2.10.
müasirinformasiyakommunikasiyasistemlərindənistifadə
edən;
2.3.2.11. əhalinin, xüsusəndəgəncnəslinbiliksəviyyəsininartırılmasında,
estetikzövqünün,
dünyagörüşününformalaşmasında, milliənənələrinqorunmasında,
tarixikeçmişimizinöyrənilməsində, hərbivətənpərvərlikhisslərininaşılanmasındamüstəsnaroluolan;
2.3.3. konsert müəssisələri
üzrə:
2.3.3.1.tamaşa zalında oturacaq yerlərinin sayı
minimum 350 olan;
2.3.3.2.mədəniyyətin tədqiqinə, təhlilinə
və təbliğinə xidmət edən respublika səviyyəli
elmi araşdırmalar aparan;
2.3.3.3respublikada
fəaliyət göstərən elmi qurumlar və
qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq
edən və mədəniyyətin inkişafına dair əsaslandırılmış
layihələrin hazırlanmasını təmin edən;
2.3.3.4.qabaqcıl beynəlxalq elmi-metodiki təcrübənin
müvafiq sahədə tətbiq olunmasını təmin edən;
2.3.3.5müvafiq sahəyə həsr olunan beynəlxalq və
yerli səviyyəli elmi konfransların, seminarların,
simpoziumların və görüşlərin təşkilini
təmin edən.
3. Müəssisənin
milli, akademik və respublika əhəmiyyətini təsdiq edən
statusa təqdim edilməsi və müvafiq statusun verilmə
qaydaları
3.1.
Xüsusi statusun verilməsi üçün mədəniyyət
müəssisələri Azərbaycan Respublikasının Mədəniyyət
və Turizm Nazirliyinə (bundan sonra – Nazirlik) ərizə ilə
müraciət edirlər.
3.2.
Ərizəyə aşağıdakı sənədlər əlavə
edilir:
3.2.1. müəssisənin
son 3 (üç) ildə fəaliyyətini əks etdirən ətraflı
arayış;
3.2.2. müəssisənin iddia etdiyi xüsusi statusu əldə
etmək üçün tələb olunan meyarlara dair
mövcud vəziyyəti haqqında məlumatlar.
3.3.
Ərizə Nazirliyə daxil olduğu gün qeydiyyata
alınır və 30 (otuz) iş günü müddətində
baxılır.
3.4.
Ərizədə və ona əlavə edilmiş sənədlərdə
aradan qaldırılması mümkün olan və xüsusi
status verilməsindən imtinaya səbəb
olmayançatışmazlıqlar aşkar edildikdə, ərizənin
qeydiyyata alındığı tarixdən 5 (beş)
iş günü müddətində bu barədə ərizəçiyə
məlumat verilir.
3.5.
Ərizəçi göstərilən
çatışmazlıqları məlumatı
aldığı vaxtdan ən geci 5 (beş)
iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman xüsusi statusun verilməsi ilə
bağlı müraciətə baxılması müddətinin
axımı dayandırılır.
3.6.
Ərizəçi ərizədə və ona əlavə
edilmiş sənədlərdə aşkar olunmuş
çatışmazlıqları bu Qaydanın 3.5-ci bəndində
göstərilən müddətdə aradan
qaldırmadıqda, Nazirlik ərizəni baxılmamış
saxlayır və bu barədə məlumatı 2 (iki) iş
günü müddətində ərizəçiyə təqdim
edir.
3.7.
Ərizəçi aşkar olunmuş
çatışmazlıqları aradan qaldırdıqdan sonra
xüsusi statusun verilməsi üçün təkrar ərizə
ilə Nazirliyə müraciət edə bilər.
3.8. Mədəniyyət
müəssisəsinə xüsusi status verilməsi barədə
müraciətə Nazirlikdə baxılarkən bu müəssisənin
xüsusi status alınması üçün tələb
olunan meyarlara uyğunluğu yoxlanılır. Xüsusi
status almaq üçün müraciət etmiş mədəniyyət
müəssisəsi həmin statusun verilməsi
üçün tələb olunan meyarların hamısına
cavab verməlidir.
3.9. Mədəniyyət
müəssisəsinin xüsusi status alınması
üçün tələb olunan meyarlara uyğunluğu
yoxlanıldıqdan sonra məsələyə Nazirliyin
kollegiyasında baxılır. Nazirliyin
kollegiyası Azərbaycan Respublikasının Maliyyə
Nazirliyinin rəyi nəzərə alınmaqla müraciətə
baxır, xüsusi status verilməsi məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdimat verilməsi
və ya mədəniyyət müəssisəsinin müraciətinin
rədd edilməsi barədə qərar qəbul edir. Qərardan inzibati və məhkəmə
qaydasında şikayət verilə bilər.
3.10.
Xüsusi status almış mədəniyyət müəssisəsi
son 2 (iki) il ərzində həmin statusun əldə
edilməsi üçün tələb olunan meyarlara cavab vermədikdə,
Nazirliyin təqdimatına əsasən Azərbaycan
Respublikası Nazirlər Kabinetinin qərarı ilə həmin
statusdan məhrum edilir.
4. “Milli”,
“akademik” və “respublika” statusları verilmiş mədəniyyət
təsisatlarının maliyyələşdirilməsi
4.1.
“Milli”, “Akademik” və “Respublika” statusları verilmiş mədəniyyat
təsisatlarının maliyyələşdirilməsi
qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata
keçirilir.
4.2. Dövlət büdcəsindən
maliyyələşən (maliyyə yardımı alan) mədəniyyət
təsisatlarına verilən xüsusi statuslar onların tabeliyində (tərkibində,
nəzdində) fəaliyyət göstərən truppalara,
orkestrlərə, xor kollektivlərinə və digər
yaradıcı musiqi kollektivlərinə də şamil olunur.
___________________
Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
2016-cı il
5 oktyabr
tarixli
382 nömrəli qərarı ilə
təsdiq
edilmişdir.
Xüsusi
status almış mədəniyyət təsisatlarının
işçilərinin aylıq vəzifə maaşlarına
müəyyən edilmiş
ƏLAVƏLƏR
1. “Milli” status almış müəssisələr
üzrə:
1.1. 1-4-cü dərəcələr - 100 manat
1.2. 5-7-ci dərəcələr - 180 manat
1.3. 8-11-ci dərəcələr - 240 manat
1.4. 12-15-ci dərəcələr - 300 manat
1.5. 16-17-ci dərəcələr - 375 manat
1.6. 18-19-cu dərəcələr - 500 manat
2. “Akademik” status almış
müəssisələr üzrə:
2.1. 1-4-cü dərəcələr - 70 manat
2.2. 5-7-ci dərəcələr - 110 manat
2.3. 8-11-ci dərəcələr - 140 manat
2.4. 12-15-ci dərəcələr - 200 manat
2.5. 16-17-ci dərəcələr - 275 manat
2.6. 18-19-cu dərəcələr - 350 manat
3. “Respublika” statusu almış
müəssisələr üzrə:
3.1. 1-4-cü dərəcələr - 40 manat
3.2. 5-7-ci dərəcələr - 60 manat
3.3. 8-11-ci dərəcələr - 80 manat
3.4. 12-15-ci dərəcələr - 100 manat
3.5. 16-17-ci dərəcələr - 130 manat
3.6. 18-19-cu dərəcələr - 200 manat
Qeyd. “Milli”, “Akademik”, “Respublika” statusları almış mədəniyyət təsisatlarının işçilərinin aylıq vəzifə maaşlarına müəyyən edilmiş əlavələr “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2006-cı il 29 dekabr tarixli 222-IIIQ nömrəli Qanununun 20.5-ci maddəsinə əsasən aylıq vəzifə maaşlarına əlavələr tətbiq edilən mədəniyyət təsisatlarının işçilərinə şamil edilmir.
¹-li nüsxə
Azərbaycan.-2016.- 9 oktyabr.- S.2.