“Orta ixtisas təhsili müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi
qərarlarının siyahısı”nın təsdiq edilməsi
haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7
nömrəli qərarında dəyişikliklər edilməsi
barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 383
N 383 Bakı
şəhəri, 6 oktyabr 2016-cı il
“Lisenziyalaşdırma
sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli
Fərmanının 6.6-cı bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 14 yanvar tarixli 7
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, N 1, maddə 60; 2012, N 5, maddə 484, N
6, maddə 625, N 10, maddə 1008; 2013, N 10, maddə 1230; 2015, N
12, maddə 1561) ilə təsdiq
edilmiş 1 nömrəli əlavə - “Orta ixtisas təhsili
müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
1.
1.3-1-ci, 1.18-ci bəndlərdə və 2.4-cü bəndin
üçüncü abzasında “xüsusi razılıq
(lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz
edilsin.
2. 1.15-ci bənd ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 9 oktyabr.- S.2.