“Ali təhsil müəssisəsinin
Nümunəvi Nizamnaməsi”nin və “Azərbaycan
Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi
qərarlarının siyahısı”nın təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2011-ci il 21 yanvar tarixli 9 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 384
N 384 Bakı
şəhəri, 6 oktyabr 2016-cı il
“Lisenziyalaşdırma
sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli
Fərmanının 6.6-cı bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2011-ci il 21 yanvar tarixli 9
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011, N 1, maddə 62; 2012, N 5, maddə 485, N
10, maddə 1006; 2013,
N 10,
maddə 1231; 2015, N 12, maddə 1560; 2016, N 4, maddə 821) ilə
təsdiq edilmiş 1 nömrəli əlavə - “Ali təhsil
müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə
aşağıdakı dəyişikliklər edilsin:
1.
1.12-1-ci, 1.19-cu bəndlərdə və 2.4-cü bəndin
üçüncü abzasında “xüsusi razılıq
(lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz
edilsin.
2.
1.15-ci bənddə “fəaliyyətinə xüsusi
razılığın verilməsi
(lisenziyalaşdırılması)” sözləri “fəaliyyətinin
lisenziyalaşdırılması” sözləri ilə əvəz
edilsin.
3.
1.16-cı bənd ləğv
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 9 oktyabr.- S.2.