“Azərbaycan Respublikası ərazisində
etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və
tütün məmulatının satışı, aksiz
markalarının hazırlanmasına dair sifariş verilməsi,
satışı və uçotunun aparılması
qaydaları haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 4 mart tarixli 33 nömrəli qərarının
ləğv edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 385
N 385 Bakı
şəhəri, 6 oktyabr 2016-cı il
“Lisenziyalaşdırma
sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli
Fərmanının 6.6-cı bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Azərbaycan
Respublikası ərazisində etil (yeyinti) spirtinin, alkoqollu
içkilərin və tütün məmulatının
satışı, aksiz markalarının hazırlanmasına
dair sifariş verilməsi, satışı və uçotunun
aparılması qaydaları haqqında” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 4 mart tarixli 33
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, N 3, maddə 189, N 5, maddə 334, N 12,
maddə 753; 2001, N 7, maddə 512, N 10, maddə 668; 2002, N 2,
maddə 110, N 4, maddə 210, N 11, maddə 675; 2004, N 3, maddə
193; 2005, N 6, maddə 536; 2006, N 2, maddə 184; 2007, N 2, maddə
201; 2009, N 1, maddə 32, N 6, maddə 499) ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2016.- 9 oktyabr.- S.2.