“Azərbaycan Respublikasının ərazisində
dövriyyəyə buraxılan (idxal və Azərbaycan
Respublikasında istehsal edilən) avtonəqliyyat vasitələrindən
atmosfer havasına atılan zərərli maddələrə
dair tələblərin Avropa standartlarına
uyğunlaşdırılması tədbirləri barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 mart
tarixli 45 nömrəli qərarında dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 386
N 386 Bakı şəhəri,
6 oktyabr 2016-cı il
“Lisenziyalaşdırma
sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli
Fərmanının 6.6-cı bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
“Azərbaycan
Respublikasının ərazisində dövriyyəyə
buraxılan (idxal və Azərbaycan Respublikasında istehsal
edilən) avtonəqliyyat vasitələrindən atmosfer
havasına atılan zərərli maddələrə dair tələblərin
Avropa standartlarına uyğunlaşdırılması tədbirləri
barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2010-cu il 6 mart tarixli 45 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010, N 3, maddə 256;
2014, N 1, maddə 69) 3-cü hissəsindən “, o cümlədən
müvafiq fəaliyyət növünə verilmiş
xüsusi razılığın (lisenziyanın) fəaliyyətinin
dayandırılmasını təmin etsinlər” sözləri
çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2016.- 9 oktyabr.- S.2.