Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2013-cü il 3 may tarixli 73 nömrəli qərarı ilə təsdiq
edilmiş “Müvəqqəti saxlanc anbarlarının və gömrük
anbarlarının tiplərinə, quruluşuna,
təchizatına, orada yerləşdirilən
mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata
keçirilməsinə, anbar sahibinə dair Tələblər”də dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 388
N 388 Bakı
şəhəri, 6 oktyabr 2016-cı il
“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 3 may tarixli 73 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 5, maddə 562) ilə təsdiq edilmiş “Müvəqqəti saxlanc anbarlarının və gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair Tələblər”də aşağıdakı dəyişikliklər edilsin:
1. 2.1.1-ci yarımbənddən “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi (bundan sonra - Komitə) tərəfindən verilmiş lisenziya əsasında təsis edilmiş və” sözləri çıxarılsın.
2. 2.1.2-ci yarımbənddən “lisenziya əsasında” sözləri çıxarılsın.
3. 3.5-ci bənddə “Komitənin” sözü “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin” sözləri ilə əvəz edilsin.
4. 7.1-ci bənd ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 9 oktyabr.- S.2.