Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2011-ci il 20 may tarixli
81 nömrəli qərarı
ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması üzrə
Proqram”da dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 389
N 389 Bakı şəhəri,
6 oktyabr 2016-cı il
“Lisenziyalaşdırma sahəsində
bəzi tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 20
may tarixli 81 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2011, N 5, maddə
453; 2014, N 6, maddə 747; 2015, N 10, maddə 1243) ilə təsdiq edilmiş “İnsan alverinə şərait yaradan sosial problemlərin aradan qaldırılması
üzrə Proqram”ın
4.4.5-ci yarımbəndi ləğv
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2016.-
9 oktyabr.- S.2.