“Dövlət torpaq kadastrı,
torpaqların monitorinqi və yerquruluşu ilə bağlı
bəzi normativ hüquqi aktların təsdiq edilməsi
haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin
1999-cu il 7 iyun tarixli 94 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 390
N 390 Bakı
şəhəri, 6 oktyabr 2016-cı il
“Lisenziyalaşdırma
sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli
Fərmanının 6.6-cı bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1999-cu il 7 iyun tarixli 94
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 1999, N 6, maddə 373, N 11, maddə 654; 2000,
N 12, maddə 116; 2001, N 1, maddə 70, N 5, maddə 350; 2002, N
11, maddə 675; 2006, N 11, maddə 994; 2009, N 10, maddə 846;
2015, N 10, maddə 1223, N 11, maddə 1411) ilə təsdiq
edilmiş “Yerquruluşu işlərinin aparılması
qaydaları haqqında Əsasnamə”nin 4-cü hissəsinin
yeddinci abzası ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2016.- 9 oktyabr.- S.2.