Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2004-cü il 27 avqust tarixli 118 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə
sahibkarlıqla məşğul
olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun
olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nda dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 391
N 391
Bakı şəhəri,
6 oktyabr 2016-cı il
“Lisenziyalaşdırma sahəsində
bəzi tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il
27 avqust tarixli 118 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2004, N 8, maddə 662; 2005, N 2, maddə 134; 2006, N 3, maddə
299; 2009, N 2, maddə 157, N 10, maddə 853; 2012, N 3, maddə
252; 2014,
N 6, maddə 747, N 8, maddə
1023; 2016, N 5, maddə 962) ilə
təsdiq edilmiş “Müəssisə və təşkilatların, habelə
sahibkarlıqla məşğul
olan fiziki şəxslərin iş xüsusiyyətlərinə uyğun
olaraq ciddi hesabat blanklarının tərtibi və tətbiqi Qaydaları”nın
1.2-ci, 1.3-cü və 3.6-cı bəndlərində “fəaliyyətinə
xüsusi razılıq
(lisenziya) almış”
sözləri “fəaliyyətini
həyata keçirən”
sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2016.-
9 oktyabr.- S.2.