“Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 avqust tarixli 127 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 392

N 392                                     Bakı şəhəri, 6 oktyabr 2016-cı il

 

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

“Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 avqust tarixli 127 nömrəli qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, N 8, maddə 853; 2008, N 9, maddə 853) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qərarla təsdiq edilmiş “Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin Forması” üzrə:

1.1. “Xüsusi razılığın (lisenziyanın)” sözləri “Lisenziyanın” sözü ilə əvəz edilsin;

1.2. “Etibarlılıq müddəti” sözləri çıxarılsın.

2. Həmin qərarla təsdiq edilmiş “Özəl mühafizə müəssisəsi və ya hüquqi şəxsin mühafizə bölməsi tərəfindən xüsusi vasitənin əldə olunması, saxlanılması və ondan təyinatı üzrə istifadə edilməsi hüququnu təsdiq edən şəhadətnamənin verilməsi Qaydası” üzrə:

2.1. 2.1.1-ci, 2.1.2-ci və 2.1.3-cü yarımbəndlərdə “xüsusi razılığın (lisenziyanın)” sözləri “lisenziyanın” sözü ilə əvəz edilsin;

2.2. 4-cü hissə ləğv edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2016.- 9 oktyabr.- S.2.