Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 146
nömrəli qərarı ilə təsdiq edilmiş “Mühəndis-axtarış
işlərinin yerinə yetirilməsi Qaydaları”nda dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 393
N 393 Bakı
şəhəri, 6 oktyabr 2016-cı il
“Lisenziyalaşdırma
sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli
Fərmanının 6.6-cı bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 may tarixli 146
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014, N 5, maddə 573; 2015, N 11, maddə 1418)
ilə təsdiq edilmiş “Mühəndis-axtarış
işlərinin yerinə yetirilməsi Qaydaları”nda
aşağıdakı dəyişikliklər edilsin:
1.
2.2-ci bənd aşağıdakı redaksiyada verilsin:
“2.2.
Tikintisinə icazə tələb olunan bina və
qurğuların mühəndis-axtarış işləri
lisenziya almış şəxslər tərəfindən
yerinə yetirilməlidir.”.
2.
3.3-cü bənddə “Xüsusi razılıq (lisenziya)”
sözləri “Lisenziya” sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2016.- 9 oktyabr.- S.3.