Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarı
ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin
akkreditasiyası Qaydaları”nda dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 395
N 395 Bakı
şəhəri, 6 oktyabr 2016-cı il
“Lisenziyalaşdırma
sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli
Fərmanının 6.6-cı bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 28 sentyabr tarixli 167
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, N 9, maddə 833; 2012, N 6, maddə 624, N
10, maddə 1005) ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin
akkreditasiyası Qaydaları”nın 5.8-ci bəndinin on birinci
abzasından “və ya lisenziya müddəti bitdikdə və
uzadılmadıqda” sözləri çıxarılsın.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2016.- 9 oktyabr.- S.3.