Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2010-cu il 15 oktyabr tarixli 177 nömrəli qərarı
ilə təsdiq edilmiş “Pambıq qəbulu qəbzinin
forması və verilməsi Qaydaları”nda dəyişiklik
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 396
N 396 Bakı
şəhəri, 6 oktyabr 2016-cı il
“Lisenziyalaşdırma
sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli
Fərmanının 6.6-cı bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 oktyabr tarixli 177
nömrəli qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010, N10, maddə 908) ilə təsdiq
edilmiş “Pambıq qəbulu qəbzinin forması və verilməsi
Qaydaları”nın 1.5-ci bəndinin birinci cümləsində
“fəaliyyətinə xüsusi razılıq (lisenziya)
almış” sözləri “fəaliyyətini həyata
keçirən” sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.-2016.- 9 oktyabr.- S.3.