Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 268 nömrəli qərarı ilə təsdiq edilmiş “Təbii müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma yerlərindən və kurortlardan istifadə Qaydası və rejimi”ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ¹ 397

N 397                                     Bakı şəhəri, 6 oktyabr 2016-cı il

 

 

“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 268 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, N 12, maddə 1107) ilə təsdiq edilmiş “Təbii müalicə ehtiyatlarından, müalicə-sağlamlaşdırma yerlərindən və kurortlardan istifadə Qaydası və rejimi”nin 2.1-ci bəndində “tibb fəaliyyətinə xüsusi razılıq (lisenziya)” sözləri “özəl tibb fəaliyyətinə lisenziya” sözləri ilə əvəz edilsin.

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan.-2016.- 9 oktyabr.- S.3.