Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
2013-cü il 29 dekabr tarixli 359 nömrəli qərarı ilə təsdiq
edilmiş “İlk
peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi
Nizamnaməsi”ndə dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikasının Nazirlər
Kabinetinin qərarı
¹ 398
N 398 Bakı
şəhəri, 6 oktyabr 2016-cı il
“Lisenziyalaşdırma
sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli 713 nömrəli
Fərmanının 6.6-cı bəndinin icrasını təmin
etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 29 dekabr tarixli 359 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, N 12, maddə 1649) ilə təsdiq edilmiş “İlk peşə-ixtisas təhsili müəssisəsinin Nümunəvi Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 1.4-cü və 11.5-ci bəndlərdə “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.
2.
11.3-cü bənd ləğv
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 9 oktyabr.- S.3.