“Lisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2015-ci il 21
dekabr tarixli 713 nömrəli Fərmanının
tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin bəzi qərarlarında dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 399
N 399
Bakı şəhəri,
6 oktyabr 2016-cı il
“Lisenziyalaşdırma sahəsində
bəzi tədbirlər
haqqında” Azərbaycan
Respublikası Prezidentinin
2015-ci il 21 dekabr tarixli 713 nömrəli Fərmanının 6.6-cı bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti qərara alır:
1. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2001-ci il 6 mart tarixli
58 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2001, N 3, maddə 213; 2008, N 2, maddə 108, N 6, maddə
581; 2015, N 7, maddə 874; 2016, N 6, maddə 1219) ilə təsdiq edilmiş “Tibbi sığorta müqaviləsinin forması
və bağlanma Qaydası”na əlavə
-“Tibbi sığorta müqaviləsi”ndə “xüsusi
razılığı (lisenziyası)”
sözləri “lisenziyası”
sözü ilə əvəz edilsin.
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2006-cı il 9 fevral tarixli 39 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, N 2, maddə
187; 2008, N 2, maddələr 123, 130; 2015, N
2, maddə 242; 2016, N 3, maddələr
588, 601, 606) ilə təsdiq
edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə
istifadə edilməsi
qaydası və şərtləri, habelə
narkomanlıq xəstəliyinə
düçar olan şəxslər barəsində
tibbi tədbirlərin
tətbiq edilməsi Qaydası”nın 10-cu hissəsindən
“(xüsusi razılığı)”
sözləri çıxarılsın.
3. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2006-cı il 13 fevral tarixli 44 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2006, N 2, maddə
192, N 5, maddə 461; 2008, N 1, maddə 39; 2009, N 1, maddə
22; 2016, N 3, maddə 614) ilə
təsdiq edilmiş “İpoteka kağızının
dövlət qeydiyyatı
Qaydaları”nın 1.4-cü bəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.
4. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2010-cu il 16 iyul tarixli 137 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2010, N 7, maddə
703) ilə təsdiq edilmiş “Məktəbəqədər
təhsilin dövlət
standartı və proqramı”nın 4.4-cü bəndində
“xüsusi razılığı
(lisenziya)” sözləri
“lisenziyası” sözü
ilə əvəz edilsin.
5. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 13 yanvar tarixli 5 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 1, maddə 58; 2012, N 1, maddə 34, N 10, maddə 1007; 2014, N 10, maddə 1329; 2015, N 12, maddə 1562; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 11 iyul tarixli 272 nömrəli qərarı) ilə təsdiq edilmiş “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nin 1.5-2-ci bəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.
6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 28 dekabr tarixli 212 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, N 12, maddə 1257; 2014, N 4, maddə 444, N 6, maddə 747) ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması Qaydası”nın 1.2.1-ci yarımbəndində “xüsusi razılıq (lisenziya)” sözləri “lisenziya” sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan.-2016.- 9 oktyabr.- S.3.