“Daşınmaz əmlak
üzərində hüquqların
dövlət qeydiyyatı
üçün sənədlərin
qəbulu, yoxlanılması
və verilməsinin prosedur Qaydaları”nın və “Daşınmaz əmlakın təsvirinə,
bu əmlak üzərində dövlət
reyestrində qeydə
alınmış hüquqlara
və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair
arayışın verilməsi
haqqında Təlimat”ın
təsdiq edilməsi barədə” Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarında
dəyişiklik edilməsi
haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı ¹ 400
N 400
Bakı şəhəri,
6 oktyabr 2016-cı il
“Daşınmaz əmlakın
dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi
barədə” Azərbaycan
Respublikasının 2016-cı il 14 iyun tarixli
297-VQD nömrəli Qanununun
tətbiqi haqqında”
Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il
11 iyul tarixli 2192 nömrəli Sərəncamının
1.2-ci bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2015-ci il 5 oktyabr tarixli 319 nömrəli qərarı
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
2015, N 10, maddə 1233; Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 2016-cı il
5 avqust tarixli 296 nömrəli qərarı)
ilə təsdiq edilmiş 2 nömrəli əlavə - “Daşınmaz
əmlakın təsvirinə,
bu əmlak üzərində dövlət
reyestrində qeydə
alınmış hüquqlara
və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair
arayışın verilməsi
haqqında Təlimat”ın
2.4-cü bəndinə “notarius”
sözündən sonra
“, notariat hərəkətləri
aparan digər vəzifəli şəxslər”
sözləri əlavə
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.-2016.-
9 oktyabr.- S.3.