Bakıda 10-cu Azərbaycan
Beynəlxalq təhsil sərgisi açılıb
Oktyabrın 7-də Baku Ekspo Mərkəzində 10-cu Azərbaycan B-eynəlxalq təhsil sərgisi açılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov ölkəmizdə onuncu dəfə təşkil edilən sərginin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, bugünkü yubiley tədbiri Təhsil Nazirliyinin rəsmi dəstəyi, “Caspian Event Organisers” (“CEO”) şirkətinin təşkilatçılığı ilə reallaşdırılıb. Sərgidə Dövlət Neft və Sənaye, Texniki, İqtisad, Bakı Biznes, Memarlıq və İnşaat, Texnologiya, Gəncə Dövlət universitetləri və ölkəmizin digər ali məktəbləri stendləri ilə təmsil olunur. Həmçinin “EduGuide” Azer-baijan və “CELT Colleges” şirkətləri xaricdə təhsil proqramını təqdim edəcəklər. Təhsil Nazirliyinin stendlərində “Maarifçi”, “SABAH”, “Azərbaycan üçün öyrət” və “Bir könüllü” layihələri barədə məlumat verilir.
Bu il təhsil sərgisində Azərbaycan,
Almaniya, Latviya, Litva, Polşa,
Macarıstan, İordaniya ali
təhsil müəssisələrinin, kollec
və başqa təhsil təşkilatlarının
nümayəndələri tədbir
iştirakçılarını təhsil proqramları ilə
tanış edəcəklər. Qeyd olunub ki, sərgidə
milli stendlərlə Türkiyə (Study in Turkey), Polşa
(“Go Poland”) və Litva
(“Study in Lithuania”) çıxış edəcək.
Sərgi
çərçivəsində iştirakçılara bakalavriat,
magistratura, aspirantura, eləcə də ikinci ali
təhsil və MBA proqramları, o cümlədən
işgüzar xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramları təqdim olunub.
Təhsil sərgisi oktyabrın 9-dək
davam edəcək.
Azərbaycan.-2016.-
9 oktyabr.- S.8.