Azərbaycanın təşəbbüsü ilə yaranan ümumdünya humanitar missiya platforması

Müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan bu qısa müddətdə mühüm nailiyyətlərə imza atıb, öz siyasəti ilə beynəlxalq münasibətlər sistemində layiqli yer tutub. Azərbaycan həm də elə bir ölkəyə çevrilib ki, öz təklif və təşəbbüsləri ilə dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, milli və ümumbəşəri dəyərlərin, millidini müxtəlifliyin, multikulturalizm ənənələrinin qorunub saxlanmasına və inkişaf etdirilməsinə, ayrı-ayrı istiqamətlərdə müşahidə olunan problemlərin həllinə dəyərli töhfələr verir.

 

Dünyanın siyasielmi elitası Bakıda bir araya gəlir

 

Təsadüfi deyil ki, Azərbaycan qlobalregional səviyyəli tədbirlərə evsahibliyi edən, bütün dünyanın diqqət mərkəzində olan mühüm məsələlərin müzakirə aparıldığı siyasi, iqtisadihumanitar mərkəz kimi tanınmağa başlamışdır. Humanitar mövzulu forumların keçirilməsi üçün də Azərbaycanın seçilməsi təsadüfi deyil. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün həqiqətən də əvəzsiz məkandır. Xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya dinamik inkişafı nəticəsində Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir. Elə bu amillər də humanitar dialoqa mühüm töhfə verən ölkə statusunu daha da möhkəmləndirir və bu mövzuda dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin məhz ölkəmizdə keçirilməsini şərtləndirir.

Bu baxımdan 2011-ci il oktyabrın 10-11-də Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiyanın keçmiş Prezidenti Dmitri Medvedevin təşəbbüsü və himayəsi ilə “XXI əsr: ümidlər və çağırışlar” devizi altında keçirilən Bakı Beynəlxalq Humanitar Forumu ölkəmizin humanitar dialoqda əsasını qoyduğu mühüm beynəlxalq platformadır. Bu tədbirin təşkil edilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə I Azərbaycan-Rusiya Forumunda qəbul olunmuşdu.

Humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərin müzakirəsi üçün nüfuzlu bir platforma kimi nəzərdə tutulmuş forumun məqsədi XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavablar axtarmaq, növbəti onilliklər üçün strategiyanı müəyyən etməkdir. Foruma dünyada tanınmış və nüfuzlu insanlar dəvət olunurlar. Hansı ki, onlar dövlətlərin keçmiş rəhbərləri, elmdə öz sözünü deyən alimlər, transmilli korporasiyaların təsisçiləridir.

I forumda siyasətçilər, sabiq dövlət və hökumət başçıları, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, dünyanın hər yerindən gəlmiş adlı-sanlı alimlər və mədəniyyət xadimləri, o cümlədən Nobel mükafatı və digər nüfuzlu mükafatların laureatları, aparıcı KİV-nin rəhbərləri, ictimai xadimlər öz fikirlərini bölüşmək üçün Bakıda toplaşmışdılar. Konkret ifadə etsək forumda 20-dən çox ölkədən, o cümlədən Rusiya, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, Ukrayna, Türkiyə, Gürcüstan, Misir, İran, Pakistans. ölkələrdən, 6 beynəlxalq təşkilatdan 263 nümayəndə iştirak etmişdi. Onların arasında 3 Nobel mükafatı laureatı, 6 sabiq prezident, Avropa Parlamenti, UNESCO, ISESCO, İslam Əməkdaşlıq Təşkilatı və s. beynəlxalq qurumların nümayəndələri də var idi. Azərbaycan tərəfdən forumun plenar iclasında 316 alim, siyasiictimai xadim iştirak edib. Foruma bu qədər məşhur şəxslərin gəlməsi onun gündəliyinin, habelə iştirakçılara təqdim edilən və ətraflı müzakirəyə ehtiyacı olan məsələlərin aktuallığına dəlalət edirdi.

 

Bəşəriyyəti düşündürən məsələlər Azərbaycanda müzakirə olunur

 

I forumun iştirakçılarının mövqeyi yekunda qəbul olunan bəyannamədə öz əksini tapdı. Bəyannamədə bu qəbildən olan forumların vaxtaşırı keçirilməsinin zəruriliyi də qeyd olundu. Bu təklifi dəstəkləyən Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il oktyabrın 24-də Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında sərəncam imzaladı. Həmin sərəncama əsasən, Bakı forumunun ənənəvi olaraq keçirilməsini təmin etmək üçün Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin sədrliyi ilə təşkilat komitəsi yaradıldı.

2012-ci il oktyabrın 4-5-də keçirilən II Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkədən, 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak etmişdi. Onlardan 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru, 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimaisiyasi xadim idi. Forumda müxtəlif ölkələrdən olan görkəmli elm və mədəniyyət xadimlərinin, o cümlədən Nobel mükafatı laureatlarının iştirakı ilə “dəyirmi masalar təşkil olundu. Bunlar iqtisadi inkişaf modellərinin humanitar aspektləri, konvergensiya edən texnologiyalar və gələcəyin konturları, müasir KİV və yeni çağırışlar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi, XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar, müasir təbabətə və molekulyar biologiyaya baxışları dəyişən texnologiyalar, multikulturalizm və mədəni özünüdərk məsələlərinə həsr olunmuşdu.

31 oktyabr - 1 noyabr 2013-cü ildə keçirilən III Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 5 mötəbər beynəlxalq təşkilatı təmsil edən 800 nəfər iştirak etmişdir. Onlardan 7 nəfəri sabiq dövlət başçısı, 13-ü Nobel mükafatı laureatı, 7-si dünyanın nüfuzlu fəxri professoru (Emeritus professor), 107-si görkəmli ictimaisiyasi xadim idi. İki gün ərzində forumda səkkiz sahə üzrə “dəyirmi masalar təşkil edildi. Belə ki, forumda “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “İqtisadi inkişafın humanitar aspektləri”, “Elmi innovasiyalar və onların təhsil mühitinə transferi”, “Multikulturalizmözgünlük: cəmiyyətdə dəyər konsensusu axtarışında”, “Postmodern dövründə milli özünüdərk”, “Davamlı inkişafekoloji sivilizasiya”, “Molekulyar biologiya və biotexnologiyanın nailiyyətləri: nəzəriyyədən təcrübəyə”, “Qloballaşan informasiya məkanında medianın aktual məsələləri” mövzularında “dəyirmi masalar keçirildi.

2014-cü ilin 2-3 oktyabr tarixlərində keçirilən IV Bakı Beynəlxalq Humanitar Forumunda 63 ölkəni və 4 mötəbər beynəlxalq təşkilatı təmsil edən 500 nəfər iştirak etmişdir. Onlardan 4 nəfəri sabiq dövlət başçısı, 14-ü Nobel mükafatı laureatı, 41-i görkəmli ictimaisiyasi xadim idi. 2 gün davam edən forumdaMultikulturalizmin müqayisəli tədqiqləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “Rəqəmsal dövrdə medianın transformasiyası: inkişafın yeni meyilləri”, “İnnovativ inkişafda fənlərarası inteqrasiyanın rolu”, “Davamlı inkişafekoloji sivilizasiya”, “Qloballaşmanın çağırışları: ənənə və transformasiya arasında”, “Molekulyar biologiyabiotexnologiya XXI əsrdə: nəzəriyyə, təcrübə, perspektivlər”, “Texnologiyaların konvergensiyası və gələcəyin konturları: XXI əsrin əsas çağırışları”, “Humanizm postmodern dövrün başlıca dəyəri kimi” mövzularında “dəyirmi masalar keçirildi.

 

V Forum sivilizasiyalararası dialoqa böyük töhfə olacaq

 

Bu günlərdə keçirilən V Bakı Beynəlxalq Humanitar Forumu bir daha bütün dünyanın diqqətini ölkəmizə yönəltdi. Budəfəki forumda 80-ə yaxın ölkədən 400 nəfərdən artıq nümayəndə iştirak etdi. Forum çərçivəsində 6 “dəyirmi masakeçirildi. İştirakçılar “Multikulturalizmin müxtəlif modelləri: nəzəriyyədən humanist təcrübəyə doğru”, “İnsanların kütləvi yerdəyişməsi şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”, “Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, “Davamlı inkişafekoloji sivilizasiya”, “Molekulyar biologiya, biofizika, biotexnologiyamüasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativetik problemlər”, “Texnologiyaların konvergensiyası və gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzularında fikir mübadiləsi apardılar.

Ümumiyyətlə, bu gün dünyanın bir çox ölkələrində müxtəlif səpkili problemlər yaşanır. Belə çətin zamanda, dünyada baş verən qlobal böhran, ekstremizm təhdidləri, terror və digər problemlər fonunda bu cür forumların keçirilməsi olduqca təqdirəlayiqdir. Çünki belə tədbirlər bir çox tanınmış siyasətçiləri, elm adamlarını, mütəxəssisləri, təcrübə sahiblərini bir araya gətirir. Onlar öz ölkələrində, o cümlədən dünyada baş verən qlobal çağırışları birgə müzakirə edirmövcud problemlərin həlli istiqamətində intensiv təcrübə mübadiləsi aparırlar. Bu sırada xüsusən Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti böyükdür.

Prezident İlham Əliyev forumun açılışında bu barədə deyib: “forum son illər ərzində beynəlxalq aləmdə böyük hörmət qazanıb. Bu forumun beynəlxalq mötəbər tədbirlər arasında xüsusi yeri var. Azərbaycan beynəlxalq humanitar əməkdaşlığa həmişə çox böyük diqqət verib. Biz hesab edirik ki, dünyada müsbət meyillər güclənməlidir. Beynəlxalq əməkdaşlıq ölkələrarası əlaqələrin inkişafı üçün xüsusi rol oynayır. Son illər ərzində biz bu məqsədlə ölkəmizdə bir çox beynəlxalq tədbirlər keçirmişik. Onların arasında əlbəttə ki, Bakı Beynəlxalq Humanitar Forumu xüsusi yer tutur”.

Azərbaycan Prezidenti çıxışında dünyanı düşündürən məsələlərə toxundu. Dövlət başçısının nitqində islam dünyasının problemləri, müsəlman aləminin məruz qaldığı müharibələr, insanların öz yurd-yuvalarından qaçqın düşməsi və digər aktual problemlər bütün dəqiqliyi ilə əksini tapdı.

Reallıq ondan ibarətdir ki, Bakı Beynəlxalq Humanitar Forumu bəşəriyyətdə maraq doğuran qlobal xarakterli məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq məqsədilə hər il tanınmış dövlət xadimlərini, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı qaliblərini və nüfuzlu beynəlxalq təşkilatların rəhbərlərini, o cümlədən dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələrini bir araya toplayan tədbirdir. Ölkəmizə gələn xarici qonaqlar da bildirdilər ki, bu forum bəşəriyyətin üzləşdiyi problemlərdən çıxış yolları axtarmağa, onların həllini tapmağa şərait yaradır. Çünki forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm, qlobal təhlükəsizliyin təmin olunması kimi aktuallıq kəsb edən məsələlər müzakirə olunur. Həmçinin forum müxtəlif xalqlar və mədəniyyətlər arasında münasibətlərin inkişafı baxımından hər il yeni ideyalar təklif edir.

Forum iştirakçıları bu mühüm tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib, ölkəmizin multikultural dəyərlərin inkişafı və təbliği işinə töhfəsini xüsusi vurğulayıblar. Eyni zamanda, Azərbaycanın ildən-ilə sürətlə inkişaf etdiyini vurğulayan qonaqlar belə bir mötəbər tədbirdə müxtəlif dövlətlərin nümayəndələrinin iştirakını ölkəmizin regiondadünyada getdikcə artan nüfuzuna bariz nümunə olduğunu bildiriblər.

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2016.- 9 oktyabr.- S.5.