8 ayda ölkə iqtisadiyyatına 9 milyard manata yaxın investisiya qoyulub

Onun xeyli hissəsi xarici sərmayədir

 

Məlum olduğu kimi, sürətli dayanıqlı inkişafın təmin edilməsinin əsas vasitələrindən biri kapital qoyuluşudur. Azərbaycanda bu sahədə çox işlər görülüb, o cümlədən münbit investisiya mühitinin yaradılması üçün qanunvericilik bazası təkmilləşdirilib. Hər dəfə bu istiqamətdə qəbul edilən qərarlar xarici sərmayənin cəlb edilməsini asanlaşdırıb. Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci rübünün yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında sahibkarlığın inkişafının azad rəqabətin ölkəyə xarici kapitalın cəlb edilməsindəki əhəmiyyətinə toxunaraq demişdir: “Azərbaycana xarici sərmayə daha da böyük həcmdə gətiriləcəkdir. Çünki xarici sərmayələri cəlb etmək üçün hüquqi baza, şəffaf iqtisadi maliyyə sistemi olmalıdır qanunun aliliyi təmin edilməlidir... İnvestisiyaların təşkili üçün addımlar atılmışdır. Bu ilin yanvar ayında müvafiq fərman imzalanmışdır. Əminəm ki, bu fərman əsasında Azərbaycana qoyulacaq sərmayələrin həcmi böyük dərəcədə artacaq”.

Həqiqətən, Azərbaycanın investisiya mühiti investorların hüquq mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı, yerli xarici sahibkarlara lazımi şəraitin yaradılması, Apelyasiya Şurasının təşkili, qəbul olunanİnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqındaqanunlar bir sıra digər normativ sənədlər investor sahibkarların hüquqlarının yüksək səviyyədə qorunmasına imkan verir. Eyni zamanda hökumət tərəfindən ölkə iqtisadiyyatına daha çox investisiya cəlb etmək məqsədiləaçıq qapısiyasəti həyata keçirilir.

Ölkəyə daha çox kapital qoyuluşunu təmin etmək, sahibkarlara iqtisadi fəaliyyət sahəsində sərbəstlik vermək məqsədilə lisenziyaların verilməsini sadələşdirmək, həmçinin onun sayının azaldılması üçün bir sıra addımlar atılıb. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindənSahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi şəffaflığın təmin edilməsi haqqındaLisenziyalaşdırma sahəsində bəzi tədbirlər haqqındasənədlər imzalanıb. Bu sənədlərin qəbulu nəticəsində lisenziya tələb olunan sahələrin sayı 59-dan 37-yə endirilib, lisenziyalar müddətsiz elan olunub, onların verilməsinə görə ödənilən dövlət rüsumunun məbləği təxminən 2, regionlar üzrə isə 4 dəfə azaldılıb, lisenziya verən dövlət orqanlarının sayı 23-dən 4-ə endirilib, lisenziyaların verilmə müddəti 15 gündən 10 gününə endirilərək onun alınması üçün tələb olunan prosedurlar sadələşdirilib.

Digər mühüm bir addım isə elektron xidmətlərin, müasir texnologiyaların beynəlxalq təcrübələrin tətbiqi nəticəsində sahibkarlıq subyektlərininbir pəncərəsistemini tətbiq etməklə qeydiyyata alınmasıdır. Bununla bərabər, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, qeyri-neft məhsullarının təşviqi üçün bir sıra güzəştlər tətbiq olunub.

Azərbaycanda investisiyaların qanunla qorunması, sahibkarlıq fəaliyyətinə geniş imkanların verilməsi beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Dünya Bankı Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan “Doing Business 2016” hesabatında ölkəmiz mövqeyini 17 pillə yaxşılaşdıraraq 63-cü pilləyə yüksəlib. Azərbaycan bu hesabata görə, “Biznesə başlamagöstəricisi üzrə 5, “Tikinti üçün icazələrin alınmasıgöstəricisi üzrə 36, “Kiçik investorların maraqlarının qorunmasıgöstəricisi üzrə 15, “Elektrik təchizatı şəbəkəsinə qoşulmaüzrə 49, “Müəssisənin bağlanmasıgöstəricisi üzrə 10 Xarici ticarətin aparılmasıüzrə 72 pillə irəliləyib. Bununla da Azərbaycan “Doing Business 2016” hesabatında dünyada 3 daha çox islahat aparan 24 ölkədən biri olub. Eyni zamanda Dünya İqtisadi Forumu tərəfindən nəşr edilən 2015-2016-cı illər üzrəQlobal Rəqabətlik Hesabatı”nda ölkəmiz regionda ən yüksək xalla birinci, hesabatın əhatə etdiyi 140 ölkə arasında isə 40-cı yerdə qərarlaşmışdır.

Bütün bunların nəticəsidir ki, ölkə iqtisadiyyatının dövlət və özəl sektorlarına kapital qoyuluşu davam edir. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, cari ilin yanvar-avqust aylarında ölkənin iqtisadisosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 999,1 milyon manat vəsait yönəldilib ki, bunun da 7 milyard 275,2 milyon manatı məhsul istehsalı, 1 milyard 363,4 milyon manatı xidmət sahələri obyektlərinin, 360,5 milyon manatı ümumi sahəsi 1011,1 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Ümumi sərmayənin 28,6 faizi dövlət, 71,4 faizi qeyri-dövlət sektorları sərmayədarlarının payına düşüb. Əsas kapitala yönəldilən vəsaitlərin 71,2 faizi tikinti-quraşdırma işlərinə sərf edilib. Məlumatdan o da məlum olur ki, daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 38 faizini təşkil edib.

Kapital qoyuluşunda qeyri-neft sektorunun çəkisi artmaqda davam edir. Belə ki, hesabat dövründə qeyri-neft sektorunun inkişafına 3 milyard 204,4 milyon manat sərmayə qoyulub. Bunun 303,1 milyon manatı təkcə qeyri-neft sənayesinin inkişafına yönəldilib.

Azərbaycan iqtisadiyyatına xarici sərmayənin qoyulması da davam edir. Məsələn, yalnız hesabat dövründə xarici ölkələr beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilən sərmayənin həcmi 5 milyard 575,1 milyon manat olub ki, bu da yatırılan ümumi investisiyaların yarıdan çoxu deməkdir. Qoyulan sərmayənin 87 faizi Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran, ABŞ Yaponiya sərmayədarlarına məxsus olub. Göründüyü kimi, dünyadakı iqtisadi maliyyə çətinliklərinə, eləcə regional münaqişələrə baxmayaraq, xarici investorlar Azərbaycanda bütün sahələr üzrə hökm sürən sabitliyə biganə qalmırlar.

Rüstəm KAMAL,

Azərbaycan.-2016.- 9 oktyabr.- S.6.