Azərbaycan ilə
Türkiyə arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir
Azərbaycan-Türkiyə birgə enerji
layihələri dünya üçün böyük əhəmiyyət
daşıyır
Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyəyə işgüzar səfəri
Oktyabrın
9-da İstanbulda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin və Türkiyə Respublikasının
Prezidenti Rəcəb Tayyib Ərdoğanın
görüşü olub.
Görüş zamanı Azərbaycan və Türkiyə prezidentləri ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə etdilər. Dövlət başçıları əlaqələrimizin bütün sahələrdə bundan sonra da genişlənəcəyinə əminliklərini bildirdilər.
Söhbət zamanı münasibətlərimizin perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Sonra dövlət
başçıları birgə şam
etdilər.
Azərbaycan.-2016.- 11 oktyabr.- S.2.