BP şirkəti ilə əməkdaşlıq
məmnunluq doğurur
Azərbaycan-Türkiyə birgə enerji
layihələri dünya üçün böyük əhəmiyyət
daşıyır
Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyəyə işgüzar səfəri
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev oktyabrın
10-da İstanbulda BP şirkətinin baş icraçı
direktoru Robert Dadli ilə görüşüb.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə İstanbulda keçirilən və 60-dan çox ölkədən yüksək səviyyəli nümayəndənin qatıldığı 23-cü Dünya Enerji Konqresinin əhəmiyyəti vurğulandı. Bu mötəbər tədbirdə enerji məsələləri ilə bağlı mühüm mövzuların müzakirə ediləcəyi qeyd olundu. Azərbaycanda enerji, o cümlədən neft-qaz yataqlarının işlənilməsində yüksək texnologiyaların tətbiq olunduğu nəzərə alınaraq, bu sahədə dünya təcrübəsinin öyrənilməsi məqsədilə ölkəmizin Konqresə böyük maraq göstərdiyi vurğulandı.
Söhbət zamanı Azərbaycan ilə BP şirkəti arasında uğurlu əməkdaşlığın hazırkı səviyyəsindən məmnunluq ifadə edildi. Birgə layihələrin uğurla icra olunduğu, “Şahdəniz” layihəsi üzrə işlərin nəzərdə tutulduğu kimi davam etdirildiyi bildirildi. Həmçinin “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında yeni layihələrlə bağlı danışıqların uğurla aparıldığı qeyd edildi.
Görüşdə əməkdaşlığımızın
perspektivləri ətrafında fikir
mübadiləsi aparıldı.
Azərbaycan.-2016.- 11 oktyabr.- S.2.