Prezidentlərin görüşündə
Azərbaycan-Venesuela əlaqələrinin inkişafı məsələləri
müzakirə olunub
Azərbaycan-Türkiyə birgə enerji
layihələri dünya üçün böyük əhəmiyyət
daşıyır
Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyəyə işgüzar səfəri
Oktyabrın
10-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin və Venesuela Respublikasının Prezidenti Nikolas
Maduronun İstanbulda görüşü olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə ölkələrimiz arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğu bildirildi. Azərbaycanın və Venesuelanın BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyi vurğulandı, Qoşulmama Hərəkatı çərçivəsində ölkələrimizin əməkdaşlığı qeyd edildi.
Dövlət başçıları ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün səylərin artırılmasının vacibliyini vurğuladılar. İqtisadi münasibətlərin genişləndirilməsi üçün çox yaxşı potensialın olduğu bildirildi. Neft istehsalçısı və ixracatçısı olan Azərbaycanın və Venesuelanın OPEC və qeyri-OPEC dövlətləri ilə əlaqələrinin intensivləşdirilməsinin əhəmiyyəti qeyd olundu. Həmçinin müxtəlif sahələrə, o cümlədən energetika sahəsinə qarşılıqlı investisiyalar yatırılması üçün yaxşı imkanların olduğu bildirildi.
Söhbət zamanı turizm sahəsində əlaqələrin genişlənməsində viza rejiminin sadələşdirilməsinin yaxşı imkan yaradacağı diqqətə çatdırıldı. Turizm, mədəniyyət, kənd təsərrüfatı, maliyyə və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə müxtəlif
səviyyəli qarşılıqlı səfərlərin gələcəkdə
ölkələrimizin münasibətlərinin dərinləşməsi
işinə xidmət edəcəyi vurğulandı. Neftin qiymətinin sabitləşdirilməsinin
önəminə toxunularaq, bunun üçün OPEC
və qeyri-OPEC dövlətləri
arasında qarşılıqlı fəaliyyətin həyata
keçirilməsinin əhəmiyyəti qeyd
edildi.
Azərbaycan.-2016.- 11 oktyabr.- S.2.