Azərbaycan və
Türkiyə prezidentləri “Space”
televiziyasının müxbirinin
sualını cavablandırıblar
Azərbaycan-Türkiyə birgə enerji
layihələri dünya üçün böyük əhəmiyyət
daşıyır
Azərbaycan Prezidenti İlham Əliyev
Türkiyəyə işgüzar səfəri
Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 10-da İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresinin açılışından sonra “Space” televiziyasının müxbirinin sualını cavablandırıblar.
Prezident Rəcəb Tayyib Ərdoğan: Çox
xoş oldu. Qardaşımla bərabər bir arada olduq. Onun üçün
də çox xoşbəxtəm.
Prezident
İlham Əliyev: Biz
hər zaman bir yerdəyik, bir yerdə olacağıq. Əziz qardaşımın dediyi kimi, bu
gün buraya gələnlərin mütləq
əksəriyyəti Türkiyəyə,
əziz qardaşıma
dəstək vermək
üçün gəlib.
Bu, çox böyük
uğurdur. Türkiyə yenə də bütün dünyanı
dəvət etdi, öz ətrafına yığdı. İnşallah, daha da gözəl
günlərimiz olacaq,
bax, həmişə belə, bərabər.
Prezident
Rəcəb Tayyib Ərdoğan: Biz birik, bərabərik, qardaşıq.
AZƏRTAC
Azərbaycan.-2016.- 11 oktyabr.- S.3.