AŞPA-nın Azərbaycanda
keçirilmiş referendumla
bağlı qiymətləndirmə missiyasının memorandumu təsdiqlənib
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu oktyabrın 10-da Makedoniyanın assambleyadakı nümayəndə heyətinin və Konstitusiya islahatlarına dair referendumla bağlı Azərbaycan üzrə AŞPA qiymətləndirmə missiyasının rəhbəri Aleksandr Nikoloskinin memorandumunu yekdilliklə təsdiqləyib. Büronun üzvləri bu memorandumu nəzərdən keçirərək qəbul ediblər.
AŞPA missiyası belə qənaətə gəlib ki, Azərbaycanda keçirilmiş referendum ölkə qanunvericiliyinə və Konstitusiyasına uyğun təşkil edilib, qanunidir və legitimdir. Səsvermə prosesi yaxşı təşkil edilmişdi və şəffaf, səmərəli, dinc keçdi. Səslərin sayılmasında nəticələrə təsir edə biləcək pozuntular müşahidə edilmədi.
AŞPA missiyası, eyni zamanda, bildirib
ki, referendumun nəticələri
ölkənin təhlükəsiz, sabit və
davamlı inkişafı istiqamətində irəliyə doğru addım kimi Azərbaycan
xalqının iradəsini ifadə edir, demokratik və iqtisadi
çağırışlara cavab olaraq, daha səmərəli
idarəçilik sistemi qurmağa
və ölkə üçün zəruri
olan daha məzmunlu islahatlar aparmağa yönəlib.
Azərbaycan.-2016.- 11 oktyabr.- S.4.