“The News” qəzeti: “Nümunə
olan bir lider”
Meksikanın nüfuzlu
KİV-i Azərbaycan Prezidentinin fəaliyyəti
barədə məqalə
dərc edib
Meksikanın nüfuzlu “The News” qəzetində
Azərbaycan Prezidenti haqqında “Nümunə olan bir lider”
sərlövhəli məqalə
dərc edilib.
Azərbaycan Respublikasının Meksika
Birləşmiş Ştatlarındakı
səfirliyindən AZƏRTAC-a verilən məlumata görə, məqalənin
müəllifi qəzetin
baş redaktoru Teresa Marqolis özünün də iştirakçısı
olduğu 29-30 sentyabr tarixlərində keçirilmiş
V Bakı Beynəlxalq
Humanitar Forumundan bəhs edib. Məqalənin
əvvəlində Azərbaycan
Prezidenti İlham Əliyevin geniş nitq söylədiyi Foruma dünyanın 75 ölkəsindən 450 nəfərdən
çox nümayəndənin,
o cümlədən keçmiş
prezidentlərin, 13 Nobel mükafatı
laureatının və
13 beynəlxalq təşkilatın
rəhbərlərinin qatıldığı
beynəlxalq tədbirin
əsas mövzusunun multikulturalizm, miqrantların
və məcburi köçkünlərin etnik
dözümsüzlüyün, laqeydliyin gündən-günə
artdığı dünyada
qarşılaşdıqları aktual problemlərdən ibarət olduğu qeyd edilib.
Teresa Marqolis yazır
ki, Forum özündə
siyasətdən başlayaraq
sənaye, elm və dini məsələlərə
qədər çox geniş spektri əhatə edib. “Dəyirmi
masa”lar arxasında
müzakirələrin gedişində
cəmiyyətin bütün
təbəqələrinin təmsilçilərinə
danışmaq və öz fikrini çatdırmaq imkanı
yaradılıb. Humanitar təcrübədə
mədəni müxtəliflik
mövzusu, kütləvi
miqrasiya şəraitində
insan kapitalının
qorunması, sosial təkamül şəraitində
dayanıqlı inkişaf,
molekulyar biologiya və etik tibbi
innovasiyalar, sivilizasiyalararası
dialoqun təmin edilməsində mətbuatın
rolu, XXI əsr kontekstində texnologiyaların
yaxınlaşması kimi
mövzulardan bəhs edilib.
Müəllifin fikrincə, nüfuzlu
intellektlərin iki gün davam edən toplantısında
təkrar-təkrar səslənmiş
çağırış bundan ibarət olub ki, mədəni,
etnik və dini müxtəliflik özündə müasir
cəmiyyətin varlığını
əks etdirir, hansı millətlər bu müxtəlifliyi boğmağa, yaxud aradan qaldırmağa can atacaqlarsa, onlar mahiyyət etibarilə öz sosial-iqtisadi təkamüllərini məhv
etmiş olacaqlar. O, bu çağırışın
hansı geosiyasi mühitdə təşəkkül
tapdığını xüsusi
vurğulayaraq onun möhtəşəm olduğunu
bildirib.
Müəllif Azərbaycan barədə
məlumat verərək,
dini mənsubiyyəti
əsasən müsəlmanlardan
ibarət olan, Qafqazda Xəzər dənizi sahilində yerləşən, şimalda
Rusiyaya, şimal-qərbdə
Gürcüstan, qərbdə
Ermənistan, cənubda
İran, Naxçıvan
vasitəsilə şimal-qərbdə
Türkiyə ilə həmsərhəd olan keçmiş sovet respublikalarından biri olmaqla qlobal miqrasiya böhranının
və Yaxın Şərqdə artan gərginliyin bu regiondan da təsirsiz
ötüşmədiyini qeyd
edib.
Tereza Marqolis, eyni zamanda, Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinə də
toxunaraq 1992-ci ildə
baş vermiş beynəlxalq səviyyədə
tanınmış Xocalı
soyqırımına görə
məsuliyyət daşıyan
və işğal olunmuş ərazilərin
təxirə salınmadan
azad edilməsi barədə BMT-nin Təhlükəsizlik Şurasının
və digər beynəlxalq qurumların çoxsaylı qətnamələrini
saya salmayan, ərazisinin 20 faizini işğal altında saxlayan qonşu Ermənistanın təcavüzündən
güclü ziyan çəkməsinə baxmayaraq,
Azərbaycanın bütün
tarix boyu multukulturalizm və dini dözümlülük
məkanı olmasının
təqdirəlayiq hal olduğunu bildirib.
Məqalənin davamında müəllif,
Azərbaycan dövlətinin
başçısı İlham
Əliyevin fəaliyyətindən
bəhs edərək öz fikirlərini bölüşüb. O, Prezident İlham Əliyevin Forum iştirakçılarına salamlarını
yetirərkən Azərbaycanın
xarici mədəniyyətlərə
və etnik qruplara münasibətdə
qonaqpərvərlik ənənələrindən
danışdığını qeyd edib. Daha
sonra Tereza Marqolis Azərbaycan Prezidentinin qeyd etdiyi bu faktın
dörd gün sonra Bakıda qarşılanan Roma Papası
Fransiskin onun xahişi ilə şəhərin mərkəzində
açıq səma altında messa keçirərkən və
şəhərin ən
böyük otelində
Aşkenazi Roş Haşan dini ayini keçirilən zaman Prezidentin müşavirinin də iştirak edərək yerli yəhudi icmasının üzvlərini
yeni il bayramı
münasibətilə hökumət
adından təbrik edən zaman öz təsdiqini tapdığını heyranlıqla
qələmə alıb.
T.Marqolis yalnız Forumda deyil, Roş Haşan bayramı münasibətilə təşkil
edilmiş şam yeməyində də iştirak edərkən digər iştirakçılardan
heç zaman Azərbaycanda hər hansı bir dini təqib hallarına rast gəlmədikləri barədə
eşitdiklərini də
yazıb.
Daha sonra müəllif məqaləsində yenidən
dövlət başçısından
bəhs edərək bildirib ki, 2013-cü ildə beynəlxalq müşahidəçilərin iştirakı ilə keçirilmiş prezident seçkilərində İlham
Əliyevin qələbəsini
heç kim
inkar edə bilməz.
T.Marqolis Forum zamanı xarici bir diplomatdan eşitdiyi bu fikirlə razı olduğunu qeyd edib ki, İlham Əliyev neft sektorundan qazanılan vəsaiti müdrikcəsinə infrastruktura, təhsil sektoruna və sənayenin şaxələndirilməsinə yönəldib. Bu da öz növbəsində son dövrdə manatın iki dəfə devalvasiyaya uğramasına baxmayaraq, Azərbaycanın mövcud neft böhranından qorunmasına kömək edib.
Eyni zamanda, müəllif bildirib ki, 1991-ci ildə ölkə öz müstəqilliyini bəyan edərkən yoxsulluq səviyyəsi 45 faiz təşkil edirdisə, hazırda bu göstərici yalnız 5 faiz həddindədir.
Müəllif Prezident İlham Əliyevin güclü bir lider olmaqla yanaşı, o cümlədən etnik və dini mənsubiyyətindən asılı olmayaraq xeyirxahlıqla xalqının bütün nümayəndələrinin qayğısına qaldığını bildirib. O, dövlətimizin başçısı haqqında öz fikirlərini belə bitirib: İlham Əliyev regional və iqtisadi siyasət meydanında öz xalqına başçılıq edərək ölkəsini regionun ən sabit bölgəsinə çevirib.
Sonra müəllif Azərbaycanın heç vaxt işğalçılıq iddiaları olmayan, başqa xalqların ərazisinə təcavüz etməyən bir ölkə kimi regionun lideri sayıldığını və multikulturalizmin, dini dözümlülüyün, sosial-iqtisadi inkişafın dayağı olduğunu sübut edərək, digərləri üçün nümunəyə çevrildiyini bildirib.
Məqalənin sonunda T.Marqolis Forumun
açıqfikirlilik, qarşılıqlı hörmət və
dinc yanaşı yaşama
çağırışını etdiyini,
bu çağırışın Azərbaycanın
qonşuları tərəfindən eşidilib,
diqqətə alınacağına ümid
bəslədiyini bildirib.
Azərbaycan.-2016.- 11 oktyabr.- S.4.