Ölkəmizdə
həyata keçirilən islahatlar
yüksək qiymətləndirilir
UNEC-in rektoru BVF və
DB-nin illik toplantısında iştirak
edib
Azərbaycan Dövlət İqtisad
Universitetinin (UNEC) rektoru,
professor Ədalət Muradov
ABŞ-ın paytaxtı
Vaşinqtonda keçirilən
Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankı (DB) Qrupunun illik toplantısında iştirak
edib. Ə.Muradov toplantıya hər
iki təşkilatın
birgə dəvəti
ilə qatılıb.
Xüsusi
proqrama uyğun olaraq Serbiya, Bosniya və Herseqovina, El-Salvador, İordaniya,
Anqola, Kot d`İvuar, Myanmar, İndoneziya,
Kolumbiya və Azərbaycandan dəvət
olunan akademik dairənin nümayəndələri
BVF-nin icraçı direktoru K.Laqard (Christine Lagarde) və Dünya Bankı Qrupunun direktoru J.Kimin (Jim Yong Kim) iştirakı
ilə bir sıra müzakirələrə
qatılıblar.
Oktyabrın 7-də keçirilən BVF və
DB-nin illik toplantısında Ümumdünya
Ticarət Təşkilatının
Baş katibi R.Azevedo bildirib ki, qlobal iqtisadi
artım tempinin azalması ilə bərabər, ticarətdə
maneələr artıb,
proteksionizm güclənib. Bununla yanaşı,
inkişaf etmiş ölkələrdə iqtisadi
artım qeyri-bərabər
bölünüb. O bildirib
ki, ilin sonuna qədər imzalanacağı gözlənilən
Ticarətə Yardım
Sazişi (Trade Facilitation Agreement) inkişafda olan bir sıra ölkələrin
ticarət xərclərini
15 faizə qədər
azaldacaq.
BVF-nin icraçı direktoru K.Laqard, BVF yaradıcılarından olan
C.Keynsden (John Maynard Keynes) “Bir
çox hallarda çağırış yeni
ideyaların inkişafından
daha çox köhnə ideyalardan uzaqlaşmaqdan ibarətdir”
sitatını misal gətirərək əsas
prioritet kimi “dəyişən BVF və
dəyişən dünya”,
müasir texnologiyaların
vacibliyindən danışıb.
Rəqəmsal əsrə doğru
inkişafı, inklüziv
iqtisadi artımı təmin edən siyasəti və beynəlxalq əməkdaşlığı
ön plana çəkib.
J.Kim Dünya
Bankının əsas
məqsədinin dünyada
mütləq yoxsulluğun
aradan qaldırılması
olduğunu vurğulayaraq,
inklüziv, dayanıqlı
və daha yüksək artım tempinin təmin edilməsi üçün
böyük əməkdaşlığın
yaradılmasının vacibliyini
qeyd edib. Eləcə də
infrastruktur layihələrinin
reallaşdırılmasının davam etdirilməsinin əhəmiyyətini bildirib.
Səfər çərçivəsində bir çox müzakirələrdə iştirak
edən UNEC rektoru BVF-nin Azərbaycan üzrə missiya rəhbəri Məhəmməd
Əl-Qorçi ilə
də görüşüb.
Görüşdə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin rəhbərliyi
altında həyata keçirilən iqtisadi islahatlar haqqında ətraflı məlumat verilib. M.Qorçi Azərbaycan Prezidenti
İlham Əliyevin həyata keçirdiyi islahatları yüksək
qiymətləndirib. Müzakirələr
zamanı BVF-nin elektron kitabxanasına sərbəst çıxış
imkanlarının yaradılması,
BVF ilə UNEC-in birgə
tədqiqatlar aparması,
konfrans, seminar və “dəyirmi masa”ların təşkili təklif edilib.
Azərbaycan.-2016.-
11 oktyabr.- S.5.