Bakıda əyləncəli
yarış keçirilib
Oktyabrın 9-da Bakıda Heydər Əliyev Mərkəzinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə "Red Bull Soapbox” yarışı keçirilib. Yarışı izləyənlər arasında Arzu Əliyeva və ailə üzvləri də olub.
AZƏRTAC xəbər verir ki, yarışın qalibi adına "Bull & Co" komandası layiq görülüb. "Nostandart" komandası ikinci, "Angry Birds" isə üçüncü yeri tutub.
Yarışmanın münsiflər heyətinə Azərbaycanın şou-biznes və incəsənət aləminin tanınmış simaları daxil idi. Münsiflər heyəti iştirakçıları yaradıcılıq və startdan öncə qurduqları səhnəciklər əsasında qiymətləndirib. Digər bir meyar isə arabanın finişədək bütün maneələri dəf edərək çatdığı vaxt olub.
“Red Bull Soapbox” yarışları bütün dünyada şəhər yollarında keçirilir və komandalar yerli həvəskarlardan təşkil olunur. Yarışda 44 komanda öz dördtəkərli arabaları ilə iştirak edir. Arabalar heç bir texniki vasitə olmadan, yalnız insanın fiziki qüvvəsi ilə hərəkətə gətirilir.
İlk “Red Bull Soapbox” yarışı 2000-ci ildə
Belçikada təşkil
edilib. O vaxtdan bəri bu yarış
dünyanı fəth
edərək 100-dən çox
ölkədə keçirilib
və böyük tamaşaçı rəğbəti
qazanıb.
Azərbaycan.-2016.-
11 oktyabr.- S.7.