Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş
şəxslərin sosial müdafiəsinin
gücləndirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikasının müstəqilliyi,
ərazi bütövlüyü və tərəqqisi
uğrunda mübarizədə yenilməz rəşadət və
misilsiz vətənpərvərlik nümunəsi göstərərək
Azərbaycanın Milli Qəhrəmanı adına layiq
görülmüş şəxslərin və onların ailə
üzvlərinin sosial müdafiəsini daha da gücləndirmək
məqsədilə qərara alıram:
1. Azərbaycanın
Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs
üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
aylıq məbləği artırılaraq 1300 (min
üç yüz) manat müəyyən edilsin.
2.
“Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş
şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, ¹ 7,
maddə 594; 2008, ¹ 5, maddə 373; 2013, ¹ 8, maddə
897) 1-ci hissəsində “1000 (min)” sözləri “1300 (min
üç yüz)” sözləri ilə əvəz edilsin.
3.
“Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş
şəxslərin sosial müdafiəsinin gücləndirilməsi
barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü
il 28 avqust tarixli 954 nömrəli Fərmanının (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 8, maddə 897)
1-ci hissəsi ləğv edilsin.
4. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn
məsələləri həll etsin.
5. Bu
fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 oktyabr
2016-cı il
Azərbaycan.-2016.- 12 oktyabr.- S.2.