Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünün
məbləğinin artırılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, ölkənin elm, təhsil, mədəniyyət,
iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə
böyük əməyi olan şəxslərin xidmətlərinin
qiymətləndirilməsi və onların sosial müdafiəsinin
daha da gücləndirilməsi məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği
artırılaraq 1300 (min üç yüz) manat müəyyən
edilsin.
2.
“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün
təsis edilməsi haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 6,
maddə 329, ¹ 10, maddə 587; 2004, ¹ 12, maddə 1006; 2005-ci il,
¹ 3, maddə 167; 2006-cı il, ¹ 11, maddə 939; 2007-ci il, ¹ 12,
maddə 1235; 2008, ¹7, maddə 621) 2-ci hissəsində “min”
sözü “1300 (min üç yüz)” sözləri ilə əvəz
edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn
məsələləri həll etsin.
4. Bu
fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 11 oktyabr
2016-cı il
Azərbaycan.-2016.- 12 oktyabr.- S.2.