ÖZ YOLU
İLƏ GEDƏN AZƏRBAYCAN
Göz görə-görə dünya dağılır!
Hərdən buna qloballaşma, hərdən birqütblü hökmranlığın formalaşması deyirlər!
Amma nə deyilməsindən asılı olmayaraq təhlükəli vəziyyət fəlakətə doğru inkişaf edir, baş verən hadisələr yaxşı heç nə vəd etmir, sabaha xoş olan heç nə gözlənilmir!
Bu nə bədbin proqnozdur, nə də adamları qorxutmaq üçün sensasiyalı fikir!
Dünyanı nəhəng dövlətlərin mənəm-mənəmliyi, ambisiyası və ədalətsiz əməlləri dağıdır!
Deyilənlərin əlamətləri hansılardır?
* Dünyaya “bəh-bəh”lə təqdim edilən “demokratiya”nın sürətlə tətbiqinin “açarı” sayılan “rəngli inqilab”lar ölkələrdəki sabitliyi uzun müddətə pozdu, dövlətlərin ərazi bütövlüyünün dağılmasına səbəb oldu;
* “Ərəb baharları” ölkələrdəki sabitliyi qarşıdurmalar, vətəndaş müharibəsi, dağıntılarla əvəz etdi, yüz illər boyu tikilən və formalaşan maddi-mənəvi dəyərlər yerlə yeksan oldu, insanlar isti ocaqlarından uzaq düşdü;
* 11 sentyabr 2001-ci ildə ABŞ-da baş verən dəhşətli terroru bu superdövlət cilovlaya bilmədi, nəticədə terror aksiyaları bütün ölkələrə yayılaraq dünyanı bürüdü, hətta orta əsrlər vəhşıliyi törədən terror dövləti - İŞİD-in yaradılması ilə nəticələndi;
* Antihumanist siyasət nəticəsində ölkələrin dağıdılması dünənədək sakit və rahat yaşayan insanlardan ibarət böyük qaçqınlar ordusu yaratdı və həmin binəsib insanlar dənizdə batıb qırılmaqla bu fəlakətin səbəbkarlarından biri olan Avropaya axın etdilər;
* Mənəviyyat, demokratik dəyərlər, insan hüquqları və onun qorunması məsələləri puça çıxır, avropalılar onlara pənah gətirən qocaları, qadınları, uşaqları tikanlı məftillərlə, itlərlə qarşılayır, dəmir qəfəslərə salır, xristianları qəbul edib müsəlmanları geriyə qaytarır, dənizdə boğdururlar;
* Dünyanı bürüyən iqtisadi böhran bəlaya çevrilir, işsizlik, bahalıq, inflyasiya, maliyyə çətinliklərinə görə əmək haqlarının vaxtlı-vaxtında ödənilməməsi insanlar və ailələr üçün ciddi problemlər yaşadır;
* Təbii fəlakətlər ara vermir, şəhərlər sel sularının altında qalır, torpaq sürüşmələri evlərilə birlikdə insanları yerin altına aparır, sunami və qasırğalar dəhşətli fəlakətlər törədir;
Deyirlər dünya üçüncü cahan savaşına hamilədir, bəlkə də bu ağrı-acı doğuşqabağı fəsadlardır...
Allah eləsin yalan olsun!
İnsanların özlərinin yaratdıqları problemlər az qala təbiət hadisələrini kölgədə qoyur!
Qərbdə radikallar fəallaşıblar, onlar hakimiyyətə gəlsələr, yeni qarşıdurmalar, toqquşmalar, qanlar qaçılmaz olacaq!
Qaçqın və terror təhlükəsindən qurtulmaq üçün monokulturalizmə üstünlük verənlər “sərhədsiz müharibəyə” də rəvac verdiklərini anlamırlar.
İkili standartlar isə ədalətsiz dünya düzəninin formalaşmasına səbəb olaraq sülh və sabitliyin, asayiş və əmin-amanlığın, sabit və qansız dünyanın qəniminə çevrilir!
Bu sadaladıqlarımız hər gün mavi ekranlarda gördüyümüz, sayt və qəzetlərdə oxuduğumuz, sosial şəbəkələrdə paylaşdığımız gerçəkliklərdir.
Həm də müasir dünyanın yaşam tərzidir!
Nə yaxşı ki, balaca Azərbaycan bütün bu təlatümlərdən uzaqdadır!
Həm də müharibə vəziyyətində olduğuna, hər an hərbi əməliyyatların başlanma ehtimalına baxmayaraq!
Çox
şükür!
25 ildir yol gəlirik.
Çətin və məşəqqətli,
qan və itkilərlə dolu, həm də heyranedici uğurla əlamətdar olan bir yol!
Bu yola Heydər Əliyev siyasi kursu deyilir!
Bu yola Azərbaycan yolu deyirlər!
Bu yola İlham Əliyevin kapitanı olduğu gəmini fırtınalı dənizdə
sabitlik adasına aparan yol deyilir!
Bu yol qırmızı
imperiyanın parçalanmasından,
20 Yanvar faciəsindən
başladı. Ərazilərimizin 20 faizinin işğalından,
20 min vətən övladının
şəhidliyindən, Xocalı
soyqırımından keçdi.
Müstəqilliyin ilk illərində ölkə
daxilində xaos və anarxiya burulğanına düşdü,
informasiya blokadasına
salındı.
Xalq öz sınanmış oğluna, ulu öndər Heydər Əliyevə qovuşmasaydı,
yəqin, bu yola gəlib çıxa bilməyəcəkdik,
bizə qurulan tələlərə düşərək
vassal, yaxud forpost dövlətə çevrilərək
23 ay ömür sürən
Azərbaycan Xalq Cümhuriyyətinin taleyini
yenidən yaşamaqla
dövlət müstəqilliyinə
həmişəlik tamarzı
qalacaqdıq!
Ancaq bu dünyada müstəqil yaşamaq asan deyil!
Bəlkə daha çətindir!
İlk növbədə
yaşadığın dövlətə
vətənini və xalqını sevən, müdrik və uzaqgörən, müasir dünya siyasətindən
baş çıxaran
insan rəhbərlik etməlidir.
Həm də xalq onu
sevməli və daim dəstəkləməlidir!
Cənab
İlham Əliyev kimi!
Qlobal iqtisadi böhranın davam etdiyi, dünyanın siyasi kataklizmlər yaşadığı və
qan çanağına
çevrildiyi bir vaxtda Azərbaycanda sülh, əmin-amanlıq,
təhlükəsizlik hökm
sürür, insanlar rahat yaşayır, abadlıq və quruculuqla məşğul
olurlar. Müxtəlif etnosların yaşadığı
ölkəmizdə vətəndaş
həmrəyliyi, qarşılıqlı
anlaşma, mehriban və səmimi mühit formalaşmışdır.
Qlobal maliyyə və iqtisadi böhranın hökm sürdüyü bir zamanda cari
ilin 9 ayında qeyri-neft sənayesində
3,6 faiz, kənd təsərrüfatında
isə 2,4 faiz artım baş vermişdir. Son on ildə ümumi daxili məhsul istehsalını
3 dəfə artıran,
ən yüksək inkişaf tempinə nail olan bir ölkədə
bu rəqəm kiçik görünə
bilər. Lakin unutmayaq ki, hamının
gerilədiyi bir vaxtda bu artım
daha dəyərlidir! Nəzərə alsaq ki, dünyanın bir nömrəli iqtisadi forumu - Davos Dünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını
rəqabətqabiliyyətliyinə görə dünyada 37-ci
yerə layiq görüb, milli iqtisadi inkişaf modelinin davamlığı
ilə də fəxr edə bilərik. İşsizliyin
və yoxsulluğun beş faiz
səviyyəsinə endirilməsi,
sosial layihələrin
icrası, il ərzində daha 121 min daimi iş yerinin
yaradılması da uğur göstəricisidir.
Azərbaycan Avropa Şurası ilə uğurla əməkdaşlıq edir,
Qoşulmama Hərəkatı
ölkəmizin mövqeyini
birmənalı şəkildə
dəstəkləyir. İslam Əməkdaşlıq
Təşkilatı Dağlıq
Qarabağ probleminin həlli ilə bağlı ərazi bütövlüyümüzü növbəti dəfə müdafiə edərək
kontakt qrupu yaradıb. Bizə qarşı ədalətsizlik
etdiyinə və diplomatiyada qəbuledilməz
sözlər işlətdiyinə
görə Avropa Parlamenti ilə bütün əlaqələrini
kəsmiş, Avronest qurumundan çıxmışdıq.
Azərbaycanın kəskin
mövqeyi və əsaslı arqumentləri
qarşısında geriyə
çəkilərək üzrxahlıq
etdikdən sonra ölkəmiz Avropa Parlamenti ilə əlaqələri yenidən
davam etmək barədə qərar verdi.
Biz hamı ilə əməkdaşlığa hazırıq:
ancaq bərabərhüquqlu,
bir-birinin daxili işlərinə qarışmamaq,
qarşılıqlı hörmət
və obyektiv münasibətlər zəminində!
Azərbaycan borc istəyən
və heç kəsə boyun əyən ölkə deyil!
Bu, Prezident İlham Əliyevin müəyyən
etdiyi prinsiplərdir!
Bu prinsiplər əsasında
fəaliyyət göstərən
və öz yolu ilə gedən
Azərbaycan:
* Cənubi Qafqazın ən güclü və modern dövlətinə,
bölgədə söz
sahibinə çevrilib;
* Dünyadakı nüfuzunu
və xüsusi çəkisini görünməmiş
dərəcədə artırıb;
* Transmilli layihələrin təşəbbüsçüsü, maliyyəçisi və icraçısı olub;
* Xalqın rifahının yüksəldilməsi sahəsində
sistemli addımlar atıb;
* Güclü və müasir, yeni texnologiyaya əsaslanan silahlarla təchiz edilən ordu qurub;
* Uğurlu gənclər siyasəti aparmaqla idman dövlətinə çevrilib;
* Milli mədəniyyətini
inkişaf etdirməklə
Avropa və dünya mədəniyyətinə
yaddaqalan töhfələr
verib;
* Multikulturalizm ideyalarını
real həyatda gerçəkləşdirməklə
dünya üçün
nümunəyə çevrilib.
Müstəqillik dövründə Azərbaycanın
dünya birliyindən,
beynəlxalq qurum və təşkilatlardan bir istəyi olub: Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ
münaqişəsinin tezliklə,
həm də beynəlxalq hüququn norma və
prinsipləri əsasında
ədalətli həlli!
Problemin həllində ən mühüm istinad sənədi BMT Təhlükəsizlik
Şurasının dörd
məlum qətnaməsidir.
Məsələnin həlli ilə iyirmi ildən çoxdur ki, Rusiya, ABŞ və Fransanın həmsədr olduğu ATƏT-in Minsk Qrupu
məşğuldur.
Heç
bir irəliləyişə,
dəyişikliyə nail ola bilməyiblər!
Halbuki özləri etiraf edirlər ki, hazırkı status-kvo qəbuledilməzdir!
Amma yenə
hüquqa söykənən
ədalətli qərar
verməkdə acizdirlər. Çünki Ermənistanın mövqeyini
müdafiə edirlər.
Biri onlara pul yardımı
edir, biri havayı silah verir, biri təbliğatını
aparır.
Əslində, hər üç
dövlət bu və ya digər
şəkildə erməni
diasporundan asılıdır!
Həm də hamısı birlikdə ikili standartların əsiridir!
Aprel ayında Azərbaycan onların iyirmi ildən çox müddətdə edə bilmədiklərini etdi: bir günün içində iki min hektardan çox ərazini hərbi yolla geri qaytardı.
Müharibənin gedişində ilk dəfə
olaraq Azərbaycan işğal altındakı
torpaqlarının kiçik
bir parçasını
azad etdi!
Gec-tez bütün ərazisini azad edəcəkdir!
Bu, Azərbaycan xalqının
istəyidir!
Bu, Ali Baş Komandanımız cənab İlham Əliyevin iradəsidir!
Azərbaycan xalqı və onun rəhbəri heç zaman öz yollarından dönən deyillər!
Xalq daim Heydər Əliyev yolu ilə gedir və bu yolun
ən ali
bayraqdarı İlham Əliyevi dəstəkləyir,
inanır, etibar edir və qəlbən
sevir!
Azərbaycan güclü dövlətdir
və onun güclü Prezidenti var!
Azərbaycan heç kimdən
asılı deyil və müstəqil siyasət yürüdür!
Azərbaycan özünün müəyyən
etdiyi yolla gedir!
Bu, çoxlarında qıcıq yaradır!
Buna qısqanclıqla yanaşanlar var!
Buna paxıllıq edənlər də var!
Amma mənasızdır!
Nə qədər ki, cənab İlham Əliyev Azərbaycana rəhbərlik edir Azərbaycan güclü və müstəqil olacaq, müstəqil siyasət yeridəcək, öz yolu ilə gedəcək, daha da güclənəcək və inkişaf edəcəkdir!
Uğurlarımıza dostlar sevinəcək, düşmənlər isə kor olacaqlar!
Bu, 25 ildir belədir, bundan sonra da
belə davam edəcəkdir!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2016.- 12 oktyabr.- S.3.