İlham Əliyevdən türk xalqına növbəti
qardaşlıq mesajı
Türkiyənin aparıcı KİV-i
23-cü Dünya Enerji Konqresində Azərbaycan Prezidentinin
çıxışına böyük yer ayırı
“Yeni üfüqlərə qucaq açmaq” devizi altında İstanbulda keçirilən 23-cü Dünya Enerji Konqresi və burada müzakirə edilən məsələlər beynəlxalq miqyasda da xüsusi diqqət mərkəzindədir.
Çünki 100-dən çox ölkənin və 3 mindən çox təşkilatın qatıldığı tədbirdə karbohidrogen qaynaqları ilə zəngin olan ölkələr bir araya gələrək müasir inkişafın əsasında dayanan enerji sektorunda həyata keçirilən siyasətin əsas cizgilərini müəyyən edirlər. Digər tərəfdən, hökumətlər, sənaye sektoru və cəmiyyətlər üçün tarixi bir fürsət olan bu konqresin işi hazırda dünyada yeni başlayan sənaye erasına bir töhfə kimi də qiymətləndirilir. Bu mənada 23-cü Dünya Enerji Konqresinə diqqət də tamamilə təbii sayılır.
Azərbaycan Prezidenti İlham Əliyevin konqresin açılışında iştirakı və burada söylədiyi geniş məzmunlu çıxışda səsləndirdiyi fikirlər də qeyd edilən kontekstdə xüsusi diqqət mərkəzində yer alır. Dövlət başçısının ölkəmizin həyata keçirdiyi enerji layihələri, onun əhəmiyyəti barədə səsləndirdiyi fikirlərə Türkiyə mediasında da geniş yer ayrılıb.
Türkiyənin məşhur “Hürriyyət” qəzeti “Əliyevdən türk xalqına mesaj” adlı məqaləsində yazır ki, 23-cü Dünya Enerji Konqresində Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin 15 iyul tarixində çətin bir imtahan verərək bundan şərəflə çıxdığını və Türkiyə xalqının Prezident Rəcəb Tayyib Ərdoğanın ətrafında sıx birləşərək, böyük qəhrəmanlıq göstərərək çevriliş cəhdinin qarşısını aldığını diqqətə çatdırıb. Qəzet daha sonra yazır: “Əliyev Azərbaycanın neft və qazını dünya bazarlarına çıxarmaq üçün Türkiyə üzərindən bir çox layihələrin həyata keçirildiyinə işarə edərək 45 milyard dollar dəyərindəki “Cənub qaz dəhlizi”nin əsasını təşkil edən dörd önəmli layihə ilə Azərbaycan qazının beynəlxalq bazarlara çıxarılacağını tədbir iştirakçılarına anlatdı. “Cənub qaz dəhlizi”nin ən mühüm hissələrindən biri olan TANAP-ın ilk imzasının 2012-ci ildə Türkiyə və Azərbaycanın liderliyi ilə atıldığını xatırladan İlham Əliyev qeyd edib: “TANAP anlaşması tarixi bir anlaşmadır. Bu, digər önəmli layihələrə təkan verdi. Gələcəkdə bir çox ölkələr bu önəmli layihəyə qatıla bilər”. İlham Əliyev bildirdi ki, Türkiyəyə yatırdıqları və yatıracaqları sərmayə 20 milyard dollara bərabərdir. Qeyd etdi ki, bu, Azərbaycan iqtisadiyyatını, Türkiyə iqtisadiyyatını gücləndirir”.
Türkiyənin digər bir nüfuzlu qəzeti olan “Akşam” da Azərbaycan Prezidentinin 23-cü Dünya Enerji Konqresində etdiyi çıxışda səsləndirdiyi fikirlərə geniş yer ayırıb. Dövlətimizin başçısının çıxışında önəmli məqamlara diqqət çəkən qəzet yazır ki, Prezident İlham Əliyev TANAP müqaviləsini tarixi anlaşma kimi xarakterizə edib, Türkiyəyə Azərbaycan tərəfindən qoyulan investisiyaların həcminə diqqət çəkib: “Azərbaycan neftinin ikisi Qara dəniz, biri də Ceyhan üzərindən, ümumilikdə üç boru xətti ilə dünya bazarlarına çıxarıldığını xatırladan Əliyev ölkələr arasında belə anlaşmaların daha çox həyata keçirilməsinin vaciblyini və Azərbaycanın bunu dəstəklədiyini bəyan etdi. İlham Əliyev ölkələr arasında neft və qaz layihələrinin önəminə işarə edərək “Türkiyə ilə bizim dostluğumuz, birliyimiz, qardaşlığımız daimidir” dedi”.
“İstanbulajansı” xəbər portalı da Azərbaycan Prezidentinin nitqinə xüsusi diqqət yetirir, Türkiyə və Azərbaycan arasında enerji təhlükəsizliyini təmin edəcək zəmin yaradıldığını qabardır.
Türkiyənin digər nüfuzlu media orqanları da Azərbaycan Prezidentinin tədbirdə nitqinə geniş yer ayırıblar. Bunu aşağıdakı xülasədən də görmək olar:
“TRT Haber” kanalı: “İlham Əliyev: “Türkiyə hakimiyyətə qarşı çevriliş aktının qarşısını alaraq bugününü və gələcəyini qorudu”.
“Anadolu” xəbər agentliyi: “İlham Əli
yev: “Azərbaycan Türkiyəyə 20 milyard dollarlıq sərmayə yatıracaq”.
“Milliyyət” qəzeti: “İlham Əliyevdən Türkiyə mesajı”.
“Sözçü” qəzeti: “İlham Əliyev: “Türk xalqı ilə qürur duyuruq”.
“Sabah” qəzeti: “Prezident Rəcəb Tayyib Ərdoğan İlham Əliyevlə görüşdü”.
“Haber türk” qəzeti: “Prezident İlham Əliyev Türkiyədə”.
“A haber” kanalı: “İlham Əliyevdən Dünya Enerji Konqresində 15 iyul mesajı”.
“Takvim” qəzeti: “İlham Əliyev: “Azərbaycan türk xalqının nümayiş etdirdiyi cəsarət və birliklə qürur duydu”.
“Yeni şafak” qəzeti: “Tarixi zirvə”.
Qeyd edək ki, Türkiyənin,
eləcə də Rusiyanın nüfuzlu telekanalları 23-cü Dünya
Enerji Konqresinə və burada dövlət başçılarınnın,
o cümlədən Prezident
İlham Əliyevin çıxışına geniş
yer ayırıblar.
Elçin CƏFƏROV,
Azərbaycan.-2016.- 12 oktyabr.- S.4.