26 sentyabr
2016-cı ildə keçirilmiş ümumxalq səsverməsində
(referendumda) qəbul edilmiş “Azərbaycan
Respublikasının Konstitusiyasında dəyişikliklər
edilməsi haqqında” Azərbaycan Respublikasının
Referendum Aktı
1. 9-cu
maddənin I hissəsi aşağıdakı redaksiyada
verilsin:
“I. Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan Ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir.”.
2. 24-cü maddədə:
2.1. I və II hissələr, müvafiq olaraq, II və III hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda I hissə əlavə edilsin:
“I. İnsan ləyaqəti qorunur və ona hörmət edilir.”;
2.2. III hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Hüquqlardan
sui-istifadəyə yol verilmir.”.
3. 25-ci
maddədə:
3.1. III
hissənin birinci cümləsində “milliyyətindən”
sözü “etnik mənsubiyyətindən” sözləri ilə,
ikinci cümləsində “milli” sözü “etnik” sözü
ilə əvəz edilsin;
3.2. aşağıdakı məzmunda VI hissə əlavə
edilsin:
“VI.
Sağlamlıq imkanları məhdud olanlar, onların məhdud
imkanlarına görə həyata keçirilməsi çətinləşən
hüquq və vəzifələrdən başqa, bu
Konstitusiyada təsbit olunmuş bütün hüquqlardan
istifadə edir və vəzifələri daşıyırlar.”.
4. 29-cu
maddədə:
4.1. V hissə
VII hissə hesab edilsin;
4.2. aşağıdakı məzmunda V və VI
hissələr əlavə edilsin:
“V. Xüsusi mülkiyyət sosial öhdəliklərə
səbəb olur.
VI. Sosial ədalət
və torpaqlardan səmərəli istifadə məqsədi ilə
torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla
bilər.”.
5. 32-ci
maddəyə aşağıdakı məzmunda VI, VII və
VIII hissələr əlavə edilsin:
“VI. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla,
üçüncü şəxslər haqqında məlumat
almaq məqsədi ilə elektron formada və ya kağız
üzərində aparılan informasiya ehtiyatlarına daxil
olmaq qadağandır.
VII. Məlumatın
aid olduğu şəxsin buna razılığını
aşkar ifadə etdiyi hallar, ayrı-seçkiliyə yol verməmək
şərtilə anonim xarakterli statistik məlumatların
emalı və qanunun yol verdiyi digər hallar istisna olmaqla,
informasiya texnologiyalarından şəxsi həyata, o cümlədən
əqidəyə, dini və etnik mənsubiyyətə dair məlumatların
açıqlanması üçün istifadə edilə
bilməz.
VIII. Fərdi
məlumatların dairəsi, habelə onların emalı,
toplanması, ötürülməsi, istifadəsi və mühafizəsi
şərtləri qanunla müəyyən edilir.”.
6.
36-cı maddədə:
6.1. II
hissədən “və digər silahlı birləşmələrdə”
sözləri çıxarılsın;
6.2. aşağıdakı məzmunda IV hissə əlavə
edilsin:
“IV.
Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, lokaut
qadağandır.”.
7. 47-ci
maddənin III hissəsində “sosial” sözündən sonra
“və hər hansı digər meyara əsaslanan” sözləri
əlavə edilsin.
8. 49-cu
maddənin II hissəsində “etməklə” sözündən
sonra “, ictimai qaydanı və ya ictimai əxlaqı pozmamaq
şərtilə,” sözləri əlavə edilsin.
9.
53-cü maddənin I hissəsində “heç bir halda”
sözləri çıxarılsın və “vətəndaşlığından”
sözündən sonra “(onun qanunla müəyyən
edilmiş itirilmə halları istisna olmaqla)” sözləri əlavə
edilsin.
10.
56-cı maddənin III hissəsində “seçkilərdə
iştirak etmək” sözləri “seçilmək”
sözü ilə əvəz edilsin.
11. 57-ci
maddənin I hissəsinə aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
“Hərbi
qulluqçular bu hüquqdan yalnız fərdi qaydada istifadə
edə bilərlər.”.
12. 58-ci
maddənin IV hissəsinin birinci cümləsi
aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan
Respublikasının bütün ərazisində və ya hər
hansı hissəsində qanuni dövlət hakimiyyətini
zorla devirmək məqsədi, cinayət hesab edilən digər
məqsədlər güdən və ya cinayətkar
üsullardan istifadə edən birliklər qadağandır.”.
13. 59-cu
maddədə:
13.1. maddənin mətni I hissə hesab edilsin və
həmin hissədən “qanunla nəzərdə tutulmuş
qaydada” sözləri çıxarılsın;
13.2. aşağıdakı məzmunda II hissə əlavə
edilsin:
“II.
Dövlət sahibkarlıq sahəsində yalnız dövlət
maraqlarının, insan həyatının və
sağlamlığının müdafiəsi ilə
bağlı tənzimləməni həyata keçirir.”.
14.
60-cı maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə
təminatı
I. Hər
kəsin hüquq və azadlıqlarının inzibati qaydada və
məhkəmədə müdafiəsinə təminat verilir.
II. Hər
kəsin hüququ var ki, onun işinə qərəzsiz
yanaşılsın və həmin işə inzibati icraat və
məhkəmə prosesində ağlabatan müddətdə
baxılsın.
III. Hər
kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək
hüququ vardır.
IV. Hər
kəs dövlət orqanlarının, siyasi partiyaların,
hüquqi şəxslərin, bələdiyyələrin və
vəzifəli şəxslərin hərəkətlərindən
və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə
şikayət edə bilər.”.
15. 68-ci maddədə:
15.1. maddənin adı aşağıdakı
redaksiyada verilsin:
“Özbaşınalıqdan
müdafiə və vicdanlı davranış hüququ”;
15.2. I və
II hissələr, müvafiq olaraq, II və III hissələr
hesab edilsin;
15.3. aşağıdakı məzmunda I və IV
hissələr əlavə edilsin:
“I. Hər
kəsin dövlət orqanlarının ona münasibətdə
özbaşınalığı istisna edən vicdanlı
davranışına hüququ vardır.”;
“IV.
Dövlət, dövlət qulluqçuları ilə birlikdə,
dövlət qulluqçularının qanuna zidd hərəkətləri
və hərəkətsizliyi nəticəsində insan
hüquq və azadlıqlarına dəymiş ziyana görə
və onların təminatının pozulmasına görə
mülki məsuliyyət daşıyır.”.
16. 71-ci
maddənin II hissəsinə aşağıdakı məzmunda
üçüncü cümlə əlavə edilsin:
“Hüquq
və azadlıqların məhdudlaşdırılması
dövlət tərəfindən gözlənilən nəticəyə
mütənasib olmalıdır.”.
17. 85-ci
maddənin I hissəsində “yaşı 25-dən
aşağı olmayan” sözləri “seçkilərdə
iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz
edilsin.
18. 89-cu
maddənin I hissəsinin birinci bəndinin 5-ci yarımbəndinin
sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və həmin bəndə
aşağıdakı məzmunda 6-cı və 7-ci yarımbəndlər
əlavə edilsin:
“6) bu Konstitusiyanın 93-cü maddəsinin III hissəsinin
tələbini pozduqda;
7) deputat üçün qanunla müəyyən
edilmiş etik davranış qaydalarını kobud surətdə
pozduqda.”.
19.
Aşağıdakı məzmunda 981-ci maddə əlavə
edilsin:
“Maddə 981. Azərbaycan Respublikası Milli Məclisinin
buraxılması
I. Azərbaycan
Respublikası Milli Məclisinin eyni
çağırışı bir il ərzində iki dəfə
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
etimadsızlıq göstərdikdə və ya Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin, Azərbaycan
Respublikası Ali Məhkəməsinin və Azərbaycan
Respublikası Mərkəzi Bankı İdarə Heyətinin
kollegial fəaliyyəti üçün zəruri olan sayda
üzvlüyə namizədləri Azərbaycan
Respublikasının Prezidenti tərəfindən iki dəfə
təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş
müddətdə təyin etmədikdə, habelə bu
Konstitusiyanın 94-cü və 95-ci maddələrində,
96-cı maddəsinin II, III, IV və V hissələrində,
97-ci maddəsində göstərilən vəzifələrini
aradan qaldırıla bilməyən səbəblər
üzündən icra etmədikdə, Azərbaycan
Respublikasının Prezidenti Azərbaycan Respublikasının
Milli Məclisini buraxır.
II.
Növbədənkənar seçkilərdə seçilən
Azərbaycan Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət müddəti
beş ildən az ola bilər. Bu halda Azərbaycan
Respublikasının Milli Məclisinə növbəti
seçkilər növbədənkənar seçkilərdə
seçilən Azərbaycan Respublikası Milli Məclisinin
çağırışının səlahiyyət müddətinin
beşinci ilinin noyabr ayının birinci bazar günü
keçirilir.”.
20.
100-cü maddədən “Yaşı otuz beşdən
aşağı olmayan,” sözləri
çıxarılsın.
21. 101-ci
maddənin I hissəsində “5” rəqəmi “7” rəqəmi
ilə əvəz edilsin və aşağıdakı məzmunda
ikinci cümlə əlavə edilsin:
“Azərbaycan
Respublikasının Prezidenti növbədənkənar Azərbaycan
Respublikası Prezidenti seçkilərini elan edə bilər.”.
22.
Aşağıdakı məzmunda 1031-ci maddə əlavə
edilsin:
“Maddə 1031. Azərbaycan Respublikasının vitse-prezidentləri
I. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və
vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən
vəzifəyə təyin və vəzifədən azad
edilirlər.
II. Azərbaycan
Respublikasının vitse-prezidenti vəzifəsinə
seçkilərdə iştirak etmək hüququna malik olan,
ali təhsilli, başqa dövlətlər
qarşısında öhdəliyi olmayan Azərbaycan
Respublikası vətəndaşı təyin edilir.”.
23. 105-ci
maddədə:
23.1. I
hissənin birinci cümləsində “üç ay ərzində”
sözləri “60 gün müddətində” sözləri ilə,
ikinci cümləsində “Baş naziri” sözləri “Birinci
vitse-prezidenti” sözləri ilə əvəz edilsin;
23.2. II
hissədə “Baş naziri” sözləri “Birinci
vitse-prezidenti” sözləri ilə, “səlahiyyətlərini
Azərbaycan Respublikası Milli Məclisinin sədri” sözləri
“müəyyən etdiyi ardıcıllıqla Azərbaycan
Respublikasının vitse-prezidenti Birinci vitse-prezident statusu
almış olur və Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini”
sözləri ilə əvəz edilsin;
23.3. III
hissə aşağıdakı redaksiyada verilsin:
“III. Bu
maddənin II hissəsində göstərilən səbəblərə
görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin icra etməsi
mümkün olmadıqda, Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərini Azərbaycan Respublikasının
Baş naziri icra edir.”;
23.4. aşağıdakı məzmunda IV hissə əlavə
edilsin:
“IV. Bu
maddənin II hissəsində göstərilən səbəblərə
görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
Azərbaycan Respublikasının Baş nazirinin icra etməsi
mümkün olmadıqda, Azərbaycan Respublikası
Prezidentinin səlahiyyətlərini Azərbaycan Respublikası
Milli Məclisinin sədri icra edir. Həmin səbəblərə
görə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini
Azərbaycan Respublikası Milli Məclisinin sədrinin icra etməsi
mümkün olmadıqda, Azərbaycan Respublikasının
Milli Məclisi Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin
başqa vəzifəli şəxs tərəfindən
icrası haqqında qərar qəbul edir.”.
24.
Aşağıdakı məzmunda 1061-ci maddə əlavə
edilsin:
“Maddə 1061. Azərbaycan Respublikası vitse-prezidentlərinin
toxunulmazlığı
I. Səlahiyyət
müddəti ərzində Azərbaycan Respublikasının
vitse-prezidentinin şəxsiyyəti toxunulmazdır.
II. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət
başında yaxalanma hallarından başqa tutula bilməz,
cinayət məsuliyyətinə cəlb edilə bilməz,
onun barəsində məhkəmə qaydasında inzibati tənbeh
tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz
qala bilməz, şəxsi müayinə edilə bilməz.
III. Azərbaycan Respublikasının vitse-prezidenti cinayət
başında yaxalanarsa, tutula bilər. Belə olduqda
onu tutan orqan bu barədə dərhal Azərbaycan
Respublikasının Baş prokuroruna xəbər verməlidir.
IV. Azərbaycan
Respublikasının vitse-prezidentinin toxunulmazlığına
yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına
əsasən Azərbaycan Respublikasının Prezidenti tərəfindən
xitam verilə bilər.”.
25.
Aşağıdakı məzmunda 1081-ci maddə əlavə
edilsin:
“Maddə 1081. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin təminatı
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və
onun ailəsi dövlət hesabına təmin edilir. Azərbaycan
Respublikasının Birinci vitse-prezidentinin və onun ailəsinin
təhlükəsizliyini xüsusi mühafizə xidmətləri
təmin edir.”.
26.
Aşağıdakı məzmunda 1101-ci maddə əlavə
edilsin:
“Maddə 1101. Dövlətlərarası və hökumətlərarası
beynəlxalq müqavilələr bağlamaq hüququnun verilməsi
Azərbaycan
Respublikasının Prezidenti dövlətlərarası və
hökumətlərarası beynəlxalq müqavilələr
bağlamaq hüququnu vitse-prezidentə, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin üzvlərinə və Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi digər şəxslərə
verə bilər.”.
27. 121-ci
maddənin mətni aşağıdakı redaksiyada verilsin:
“Azərbaycan Respublikasının Baş naziri, Baş nazirin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikası vətəndaşı təyin edilir.”.
28. 126-cı maddənin I hissəsində “Yaşı 30-dan aşağı olmayan, seçkilərdə” sözləri “Seçkilərdə” sözü ilə əvəz edilsin.
29. Aşağıdakı məzmunda 1461-ci maddə əlavə edilsin:
“Maddə 1461. Bələdiyyələrin məsuliyyəti
Bələdiyyələr, bələdiyyə qulluqçuları ilə birlikdə, bələdiyyə qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyırlar.”.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası
Azərbaycan.-2016.- 12 oktyabr.- S.5.