İlham Əliyev pambıqçılığın keçmiş şöhrətini qaytarır

Sabirabad yenidən “ağ qızıl”ın inkişaf mərkəzinə çevrilir

 

Prezident İlham Əliyevin sədrliyi ilə Sabirabadda pambıqçılığın inkişafı məsələsinə həsr edilən müşavirədə kənd təsərrüfatında ənənəvi sahələrin bərpasına start verilmişdir. Dövlət başçısının proqram xarakterli girişyekun nitqində strateji məhsul olan pambıqçılığı inkişaf etdirməyin yeni istiqamətləri verilmiş, qarşıya son dərəcə mühüm və təxirəsalınmaz vəzifələr qoyulmuşdur.

Aqrar sektorda əsaslı dönüş nöqtəsi kimi artıq tarixə çevrilən bu müşavirənin keçirilməsi üçün Sabirabad sıradan bir məkan kimi seçilməmişdir. Bunun obyektiv tarixi səbəbləri varPrezidentin nitqində bu məsələyə aydınlıq gətirilmişdir: “Bugünkü müşavirə ölkəmizdə pambıqçılığın inkişafına həsr olunur. Bu müşavirənin Sabirabad rayonunda keçirilməsi təsadüfi deyil. 1970-ci illərdə, 1980-ci illərin əvvəllərində ulu öndər Heydər Əliyev Sabirabadda hər il zona müşavirəsi keçirirdi. Pambıqçılıqla bağlı o müşavirələrdə çox dəyərli göstərişlər verilirdi. Bu ənənəyə sadiq olaraq mən pambıqçılığın inkişafı ilə bağlı birinci ümumrespublika müşavirəsinin keçirilməsi üçünSabirabad rayonunu seçdim. Mən əminəm ki, Sabirabad rayonundabütün başqa pambıq əkilən rayonlarımızda pambıqçılığın bərpası işi sürətlə gedəcək, biz pambıqçılığın şöhrətini bərpa edəcəyik. Bu həm insanlar, həm dövlət üçün böyük gəlir gətirən bir sahədir.

1970-1980-ci illərdə ulu öndər Sabirabada və pambıqçılıqla məşğul olan digər rayonlara səfər edərkən məni də özü ilə aparırdı. Mən də o illərdə dəfələrlə onunla bərabər Sabirabadda olmuşam, o müşavirələrdə iştirak etmişəm. Pambıq tarlalarında, tarla düşərgələrində pambıqçılarla görüşü zamanı onunla bərabər olmuşam. Yəni, o xatirələr mənim ürəyimdə yaşayır və bu gün daha da aydın görünür ki, ulu öndər Heydər Əliyev nə qədər uzaqgörən və xalqa bağlı olan bir insan idi. Çünki o, yaxşı bilirdi ki, pambıqçılığın Azərbaycanın müttəfiq respublika kimi inkişafında və Azərbaycan vətəndaşlarının rifah halının yaxşılaşdırılmasında çox mühüm yeri var”.

Bu tarixi müşavirə ölkənin pambıqçılıqla məşğul olan regionlarına günəş kimi doğdu. İndi hər yerdə bir canlanma duyulur. Bərəkətli Muğan düzündə isə özgə büsat var. Göz işlədikcə uzanan geniş tarlalar başdan-başa örpəyə bürünüb. Hər yerdə əmək bulaq kimi çağlayır. Adamlar böyük zəhmət bahasına yetişdirdikləri bol məhsulu tezitkisiz yığıb tədarük etmək üçün qüvvə və bacarıqlarını əsirgəmir, gecəni gündüzə qatıb “ qızıl” tarlalarını hünər meydanına çevirirlər.

Axtaçı kəndində MKT İstehsalat Kommersiya Məhdud Məsuliyyətli Cəmiyyətinin pambıq zavodu fəaliyyət göstərir. Rayonda pambıq əkinlərinin genişləndirilməsi hesabına zavodun işi yenidən bərpa olunmuşdur. Zavodun direktoru Yunis Gözəlov bizimlə söhbətində deyir ki, son illər zavod sükuta qərq olmuşdu. İşləmirdik. Pambıq əkən yox idi. Respublika Prezidenti İlham Əliyevin müdrik siyasəti bu gün özünü pambıqçılıqda da göstərir. Zavod 283 nəfərlə bağladığı müqavilə əsasında 2413 hektar sahədə pambıq əkmişdir. Zavod artıq məhsul emalına başlamışdır. Nübar məhsuldan mahlıc çıxımı da qənaətbəxşdir. Bu günlər zavod 2 növbədə işləyir. Indi burada çalışanların sayı 100 nəfərdən çoxdur. Sentyabrın son günlərində havaların yağmurlu keçməsi yığımın ahənginə mənfi təsir etsə də, Sabirabad kəndlisi halal zəhməti, alın təri ilə yetişdirdiyi pambığı son qramınadək yığıb təhvil vermək əzmindədir. İndiyədək zavod 1000 tondan çox pambıq qəbul etmişdir. Məhsul yığımı zərbəçi ahənglə davam edir. Üstünlük texnikaya verilir. Zavodun 4 ədəd pambıqyığan maşını hazırda tarlada işləyir. Sürücü-mexanik Mehman Əzizovla Minbaşı kəndində qabaqcıl fermer kimi tanınan Etibar Qocayevin tarlasında görüşdük. Zirək və bacarıqlı olduğu ilk baxışdan hiss edilirdi. Bu günün qayğılarından həvəslə söhbət açdı:

- Dövlətin pambıqçılığın inkişafına belə yüksək qayğı və diqqət göstərməsi hər bir kəndlidə yüksək əhval-ruhiyyə yaradıb. İndi adamlar inanırlar ki, dolanışıqları sabah daha da yaxşı olacaq. Pambıq bir zamanlar bu yerlərin bəzəyi, bolluq, firavanlıq mənbəyi olub. Prezidentin pambıqçılığın şöhrətini yenidən qaytarmaq çağırışına Sabirabadda əmək qabiliyyətli hər kəs bütün varlığı ilə qoşulub. Bir baxın, hər tərəf libasa bürünüb. Göz oxşayan bu mənzərə gərgin əməyin, əsl fədakarlığın nəticəsidir. Şükür olsun ki, çəkilən zəhmət hədər getməyib. Şübhə yoxdur ki, məhsulu son qozasınadək yığıb təhvil verəcəyik. Amma uğurlarla yanaşı çətinliyimiz də var.

Bu gün məhsulu yığılacaq sahələr genişdir, kombayn isə azdır. Hər gün onlarla adam xahiş-minnət edir ki, onun sahəsinin məhsulunu yığım. Sözü yerə düşən inciyir, küsür. Bizboş dayanmırıq ki. Bir tərəfdən başlayıb ardıcıllıqla digər sahəyə keçirik. Axı sahələrdə yarpağın tökdürülməsi də bu ardıcıllıqla aparılıb. Yəqin gələn il bu çətinliklər olmayacaq.

Zavodun pamdıq istehsalına nəzarət şöbəsinin müdiri, təcrübəli mütəxəssis Tərlan Əkbərov söhbətə qoşulub deyir ki, yeni kombaynların gətirilməsini gözləyirik. Əlbəttə, 2413 hektar sahənin pambığını yığmaq üçün 4 kombayn azdır. Nəzərə alsaq ki, bir maşın gün ərzində yaxşı hazırlanmış sahədə 10 hektarın məhsulunu yığa bilər, onda problemin kifayət qədər böyük olduğu aydınlaşar. Amma çətinliklərə baxmayaraq, hər kəs canı-dildən çalışır, üzərinə götürdüyü işi yerinə yetirmək üçün bütün gücünü sərf edir.

Sabirabadda pambıqçılığın sovet dönəmindəki şöhrətli illərindən söhbət düşəndə Sosialist Əməyi Qəhrəmanı Fatma Hüseynova yada düşür. Fatma o dövrün də, elə bu günümüzün də sayılıb-seçilən tarla bahadırlarındandır. Bu hünərvər qadının əlləri hələ də işdən soyumayıb. Yenə də yüksək həvəslə əkib-becərir, bolluq, firavanlıq uğrunda vüsət alan əmək bəhsinin önündə gedir. Nümunəvi işi, peşəkarlıq bacarığı ilə əmək, hünər yolunun yolçularına bu gün də örnəkdir. Təsadüfi deyil ki, respublika Prezidenti Sabirabada səfəri zamanı məhz Fatma Hüseynovanın tarlasında oldu, pambıqçı qızlarla çay süfrəsi ətrafında səmimi söhbətlər etdi. Fatma Hüseynova unudulmaz görüşdən aldığı xoş təəssüratı bizimlə bölüşür:

- O illər həyatımın ən gözəl dövrü idi. Ulu öndər, demək olar ki, hər il Sabirabada gəlir, bizimlə doğmaları kimi görüşüb hal-əhval tuturdu. Tarlaları gəzməkdən yorulmazdı. Dəyərli tapşırıq və tövsiyələri ilə bizi qələbədən-qələbəyə ruhlandırırdı. Canlı şahidəm ki, o vaxt yeniyetmə gənc olan İlham Əliyev də dəfələrlə atası ilə birlikdə Sabirabada gələrdi. O səfərlərin birində çəkilmiş foto-şəkli qiymətli yadigar kimi qoruyub saxlayırdım. Eşidəndə ki, Prezident İlham Əliyev Sabirabada səfər zamanı bizim tarlaya də gələcək, çox sevindim. Ürəyimdən xoş duyğular keçdi, unudulmaz xatirələr yada düşdü. Qoruyub saxladığım həmin şəkli albomdan çıxarıb zərli çərçivəyə saldım. Qonağımız olanda Prezidentə təqdim etdim. Axı, şəkildə o da vardı. Baxıb təsirləndi. Elə bildim dünyanı bağışladılar mənə. Eynən atası, ulu öndər belə edərdi. Gəldi, sahəmizi gəzdi, bizimlə birlikdə çay içdi. Vallah üstümüzə elə bil gün doğdu. Bu günəş tək bizim yox, bütün Muğan düzünün, taleyini torpağa bağlayan, mehrini pambığa salan hər bir azərbaycanlının üzünə doğmuşdu. Mən Prezidentin iradəsinə, qətiyyətinə inanıram. Əminəm ki, köhnə pambıqçılığın şöhrəti yenidən qayıdacaq. Tarla qızlarının şəninə yenə şeirlər yazılacaq, nəğmələr qoşulacaq. Pambıq əkib-becərənlərin təknəsi yenə bol çörəkli, həyatları daha firavan olacaqdır. İlham Əliyevin bizə göstərdiyi yol Heydər Əliyevin başladığı yolun davamıdır, uğura, qələbəyə aparan yoldur.

Fatma Hüseynovadan xoş təəssüratla ayrılırıq. Xəyal ötən illərə qanadlanır. Azərbaycanda pambıqçılığın inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu fikrin danılmaz həqiqət olduğunu tarixi faktlar da təsdiqləyir. Heydər Əliyev Azərbaycanda hakimiyyətə gələndə ölkədə 300 min tonadək pambıq istehsal olunurdu. Sonra dövlət səviyyəsində həyata keçirilən məqsədyönlü tədbirlər, elmi-texniki yeniliklərin, mütərəqqi texnologiyaların səmərəli tətbiqi sayəsində pambıqçılıq dinamik inkişaf yoluna çıxarıldı. Qısa müddət ərzində respublikada pambıq istehsalı 1 milyon ton səviyyəsinə çatdırıldı. Bunun 112 min tonu, 12 faizi Sabirabad rayonunun payına düşürdü. Pambıqçılıqda fədakar əməkləri ilə fərqlənən 5 nəfər sabirabadlı-Məmməd Məmmədov, Çervon Ağayeva, Gülabba Xəlilov, Zəminə AslanovaFatma Hüseynova o dövrün ali mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdülər.

İndi Sabirabadda bol məhsullu tarlalar sözün həqiqi mənasında hünər meydanına çevrilmişdir. Sabirabad kəndlisi pambıqçılığın inkişafında dönüş ili kimi tarixə çevrilən cari ildə fərəhli nəticələr qazanmaq əzmi ilə çalışır. “ qızıl” tayalarının sayı gündən-günə artmaqdadır. Bu il 6113 hektar sahədə pambıq əkilmişdir. Əkinlərin aqrotexniki qaydalar əsasında becərilməsinin nəticəsidir ki, tarlalarda bol məhsul yetişib. İndi pambığın maşınlarla yığılmasına üstünlük verilir. Hazırda tarlalarda 7 ədəd pambıqyığan maşın işləyir. Amerika şirkətlərinin istehsalı olan bu maşınlar yüksək məhsuldarlığa malikdir. Sabirabad rayonu kənd təsərrüfatı idarəsinin rəisi Heydər Yaqubov bizimlə söhbətində dedi ki, texnika sarıdan korluq çəkirlər. Bu, həm yığım texnikasına, həm becərmə və nəqliyyat traktorlarına, həm də qoşqu vasitələrinə aiddir. Başlanğıc ili üçün belə çətinliklərin, fərqli problemlərin mövcudluğu başa düşülən, eyni zamanda qəbul ediləndir.

Yağışlı-yağmurlu günlərdən sonra tərtəmiz səmada payız günəşi şəfəq saçır. Son günlər havaların isti, pambıq yığımı üçün kifayət qədər əlverişli keçməsi rayon pambıqçılarının yüksək əhvali-ruhiyyəsinə xoş ovqat qatır. Respublika Prezidenti İlham Əliyev pambıqçılığın inkişafı yolunda yandırdığı yaşıl işıqla ölkədə qeyri-neft sektorunun yüksəlişinə stimul verdi. Pambıqçılıq rayonlarının rəhbərləri gələn ilin vəzifələrini layiqincə reallaşdırmaq üçün indidən hazırlıq görür, zəruri tədbirlər həyata keçirirlər. Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov da bu günlər qayğılıdır. Bir tərəfdən təbiətin şıltaqlıqlarını dəf edərək yetişdirilmiş pambıq məhsulunu tamamilə və itkisiz yığıb tədarük etmək üçün tədbirlər görülür, digər tərəfdən gələn il pambıq əkiləcək sahələr mütəxəssislərin iştirakı ilə müəyyənləşir, bu istiqamətdə təxirəsalınmaz işlər aparılır. Nazim İsmayılovun dedikləri:

- Bizim məsuliyyət yükümüz digər pambıqçılıq rayonları ilə müqayisədə ikiqat ağırdır. Bu, pambıqçılığın inkişafında dönüş nöqtəsi olan ümumrespublika müşavirəsinin məhz Sabirabadda keçirilməsi ilə bağlıdır. Əlbəttə, Prezident İlham Əliyev müşavirədəki nitqində Sabirabadı təsadüfən seçmədiyini vurğuladı. Rayonumuzun pambıqçılıqda böyük potensiala malik olduğuna dəyər verən ulu öndər Heydər Əliyev respublikaya rəhbərlik etdiyi birinci dövrdə 14 dəfə rayonumuza səfər etmişdir. Bu, Sabirabadın şərəfli tarixi, qədirbilən sabirabadlıların qürur mənbəyidir. Bunu deməkdən məmnunluq duyuram ki, tarix yeni dövrün özünəməxsus çalarları ilə təkrar olunur. Ulu öndər Heydər Əliyevin 8 dəfə pambıqçılığa həsr olunmuş müşavirə keçirdiyi mədəniyyət sarayında onun layiqli davamçısı Prezident İlham Əliyevin sədrliyi ilə tarixi bir müşavirə keçirildi. Bu, tarixin diktəsi, zamanın hökmü idi.

Müşavirədə mən də çıxış edib pambıqçılığın inkişafı ilə bağlı rayonda həyata keçirilən kompleks tədbirlərdən, gələn il pambıq əkinlərini daha da genişləndirmək üçün görəcəyimiz işlərdən danışdım. Təbii ki, Prezident İlham Əliyevin kənd təsərrüfatında ənənəvi sahələrin, xüsusilə pambıqçılığın inkişafına göstərdiyi qayğı və diqqətini, uğurla reallaşan uzaqgörən siyasətini dönə-dönə minnətdarlıqla vurğuladım.

Pambıqçılığı inkişaf etdirməyin sosial əhəmiyyəti də var. Bu il 6113 hektarda pambıq əkmişik. Bu, keçən ildəkindən 4480 hektar çoxdur. Pambıq əkinlərinin genişləndirilməsi ilə 5 min nəfər özünə yeri tapıb. İndiyədək bu adamlara 1 milyon manatdan çox əməkhaqqı ödənilmişdir. Gələn il isə 15 min hektar pambıq əkmək nəzərdə tutulur. Deməli, daha 5 min nəfərdən çox insan üçün yeni yeri açılacaqdır. Pambıq suya tələbkar bitkidir. Dövlətin qayğısı ilə son illər əkin sahələrinin su təminatını yaxşılaşdırmaq üçün müəyyən işlər görülmüşdür. Böyük bir ərazidə kəndlərin su təminatını yaxşılaşdırmaq üçün dövlət başçısının tapşırığı ilə “H” kanalı yenidən qurulur, Sabirabad Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsinin icrasına başlanılıb. Bu, minlərlə hektar torpağın əkin dövriyyəsinə qatılmasına imkan verəcəkdir.

Bərəkətli Muğan düzündə qızıl payızın barı-bəhəri aşıb-daşır. Kürəyində dövlətin güclü əlini hiss edən Sabirabad kəndlisi indi torpağa daha möhkəm tellərlə bağlanıb. örpəkli tarlaları hünər meydanına çevirən əməksevər insanların çalışmaq, bolluq, firavanlıq yaratmaq həvəsi tükənməzdir.

Lazım QULİYEV,

Azərbaycan.-2016.- 13 oktyabr.- S.1-5.