Mövlud Çavuşoğlu:
Türkiyədə iyul hadisələri
zamanı bütün Azərbaycan
xalqının dəstəyini hiss etdik
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxış edib və Assambleya üzvlərinin suallarını cavablandırıb.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov terrorizmə qarşı apardığı qətiyyətli mübarizəyə görə Avropalı Mühafizəkarlar Qrupu adından Türkiyəyə təşəkkür edərək deyib: “Cənab nazir, ölkəniz bölüşdüyümüz dəyərlərin qorunması üçün terrorizmlə mübarizə aparır. Həmkarlarımdan fərqli olaraq mən sizdən soruşmaq istərdim, bəs biz Avropa Şurasında Türkiyəyə necə dəstək verə bilərik?”
Nazir Mövlud
Çavuşoğlu deyib:
“Türkiyədə bu ilin
iyulunda baş verən
hadisələr zamanı qardaş Azərbaycanın
Prezidenti başda olmaqla, bütün
xalqın dəstəyini hiss etdik. Türkiyədəki azərbaycanlı
qardaşlarımız türklərlə birlikdə hər iki dövlətin bayraqlarını bərabər
qaldırdılar. Çətin anlarda hər
bir ölkə dostlarını yanında
görmək istəyir. Əlbəttə, biz
gözləmirik ki, tərəfdaşlarımız
apardığımız siyasətlə tam
şəkildə razı olsunlar. Ancaq istərdik ki, belə
ağır vəziyyətdən çıxa bilməyimiz üçün daha konstruktiv təkliflər irəli
sürsünlər və tövsiyələr versinlər. Ancaq biz gizli
niyyət və ikili standartlardan
istifadə edilməsinə qarşıyıq. Avropa
Şurasının baş katibi,
Nazirlər Komitəsi başda olmaqla dostlarımız olan
bir çox
parlamentarilər də bu baxımdan düzgün yol tutublar. Biz dialoq
və müzakirələrin tərəfdarıyıq. Avropa Şurasının nümayəndə
heyəti Türkiyəyə səfər etdikdə biz hər zaman onlara lazımi dəstəyi veririk.
Bundan sonra da biz bu
əməkdaşlığı davam etdirəcəyik”.
Azərbaycan.-2016.- 13 oktyabr.- S.2.