Quba turizm məkanı
kimi məşhurlaşır
Gələn turistlərin
sayı da bunu təsdiqləyir
Respublikamızda qeyri-neft sektoruna diqqətin artırılması,
paytaxtda və regionlarda sosial-iqtisadi infrastrukturun ən müasir standartlara uyğun yenidən qurulması inkişafın
yeni mərhələsinin
şərtləridir. Bu, ölkəmizdə turizm sektorunun müasir tələblər səviyyəsində
qurulmasını təmin
edən amillərdir.
Respublikamızda turizmin daha sürətli
inkişaf etdirilməsi
məqsədilə həyata
keçirilən dövlət
siyasəti, atılan addımlar öz səmərəsini verir, dünyanın dörd bir yanından Azərbaycana ötən illərlə müqayisədə
daha çox turist gəlir.
Turizmin inkişafında
regionların xüsusi
çəkisinin davamlı
surətdə artması
isə bölgələrdə
əhalinin maddi rifah halının yüksəlməsinə təsirsiz
ötüşmür. Bu, həm də rayonların ümumi iqtisadi inkişafında böyük rol oynayır.
Yaxın keçmişimiz olan sovet dönəmində Azərbaycanın müxtəlif
bölgələri yetişdirdikləri
meyvələrə görə
İttifaqda tanınırdı. Ağdam üzümü
və çaxırı,
Bakı zəfəranı,
Göyçay narı,
Quba alması şöhrət tapmışdı.
Hətta
sovetlər birliyinin hansı şəhərində
yaşadığın rayonunun
adını çəkən
kimi onun tanıtım brendini səsləndirərdilər. Bu forma özünü illər keçməsinə
baxmayaraq, qoruyub saxlayır və həmin tanıtım siyahısına yeniləri
də əlavə olunub.
Valehedici flora və faunaya malik olan Quba
bütün dövrlərdə
oraya təşrif buyuran turistlərin maraq göstərdiyi ən sevimli məkanlar sırasında
yer alıb. Bu rayon həm də qədim tarix-mədəniyyət
abidələri, sənətkarlıq
nümunələri ilə
də məşhurdur.
Xalçaçılıq, misgərlik və
digər qədim peşələrin qorunub saxlandığı Quba rayonu səyahət həvəskarlarının, təbiət
vurğunlarının çox
xoşladıqları məkanlardandır.
Təkcə Xınalığın adını çəkmək
bu baxımdan kifayətdir.
Ölkəmizin şimalında yerləşən,
Şahdağın və
Qudyalçayın ətəklərində
qərar tutan Quba nəinki Azərbaycanın, eləcə
də bütün Qafqazın çox gözəl guşələrindən
biridir. Yayda, payızda, qışda
burada səyahətə
çıxan minlərlə
təbiət həvəskarına
rast gəlmək mümkündür. Hər fəslin
gözəlliyini öz
görkəmi ilə göstərən dağ və dərələr, tarixi qədim dövrlərə gedib çıxan kəndlər,
tikililər buraya yolu düşənləri
ovsunlayır, onları
təkrar-təkrar bu füsunkar diyara qayıtmağa məcbur edir.
Əvvəlki illərdən fərqli olaraq, ötən yay aylarında Qubaya təşrif buyuran turistlərin sayı ikiqat artıb. Respublikamızda keçirilən beynəlxalq tədbirlərin,
idman yarışlarının
da bunda böyük rolu var. I Avropa Oyunlarından
sonrakı dövr əvvəlkilərdən fərqlənir.
Ölkə turizmində yeni
səhifə açan
bu oyunlar turist axınının artmasının əsas amillərindəndir.
Qubadakı istirahət mərkəzləri
ilin bütün fəsillərində fəaliyyət
göstərir. Artıq respublikamızda bu
sahədə bir Quba brendi nişanı
formalaşıb. Rayonun istirahət
mərkəzləri təkcə
xarici görkəmi ilə deyil, daxili xidmətləri ilə də tələblərə cavab
verir.
Bu yerlərdə turizmin
daha geniş miqyas alması, inkişafı üçün
hər bir şərait var. Quba-Xınalıq,
Quba-Təngəaltı, Quba-Qəçrəş
istiqamətində turistlərin
səfərləri təşkil
olunur. Məhz bu istiqamətdə
əlaqədar təşkilatların
əsas vəzifəsi
səfalı guşələrdə,
əsrarəngiz təbiətin
qoynunda istirahətin və xidmətin təşkilinin müasir tələblər səviyyəsində
qurulmasına nail olmaqdan
ibarətdir. Mətbəxin ləziz təamları Qubadakı istirahət mərkəzlərində, hotellərdə
bura təşrif buyuranlara təqdim olunur. Hazırda bu mətbəxə
dünya ölkələrinin
bəzi təamları
da daxil edilir. Bəzi mərkəzlərdə həmin ölkələrin
adətlərinə uyğun
xüsusi təqdimat formaları da hazırlanır.
Turist həm də mədəniyyət
daşıyıcısıdır. Ölkəmizdə
multikulturalizm ili çərçivəsində
keçirilən tədbirlər,
azsaylı xalqlara münasibət, mədəni
əlaqələrin yüksələn
xətlə inkişafı
hər zaman diqqət mərkəzində
olub. Rayonda formalaşan və
Azərbaycan mədəniyyətinin
tərkib hissəsi sayılan xalçaçılıq
da Quba məktəbi
qədim və orjinal xüsusiyyətləri
ilə dünyanın
hər yerində tanınır. Turistlərin ən çox maraqlandıqları sahələrdən
biri də budur. Onların çoxu buraya
səfərləri zamanı
xalça toxuyan insanlarla görüşür.
Əvvələr istirahət mərkəzlərində mütəxəssis çatışmazlığı mövcud idi. Bu da istər turistlərin qəbulunda, istərsə də onlara göstərilən xidmətdə özünü açıq-aydın göstərirdi. Narazı turist bəzən bir istirahət yerinə görə bütünlükdə ərazini dəyişirdi. Artıq bu problem də aradan qaldırılıb. Rayonda bu sahədə çalışanlar vaxtaşırı xüsusi kurslarda iştirak edir, təcrübələrini artırırlar.
Dövrümüz texnologiyalar əsridir. Turizm səfərləri daha çox pul və sərfiyyat məsələləri üzərində qurulur. Yəni, öz cibinə baxan turist bahalı yerlərdən qaçır. Fərqinə varmayanlar da var, lakin onlar azlıq təşkil edirlər. Burada informasiya-texnologiyalardan istifadə, gediləsi yer barədə məlumat toplamaq mühüm rol oynayır. Bu baxımdan turist səfər öncəsi internet vasitəsilə getmək istədiyi yeri araşdırır. Xızı, Quba, Qusar və digər istirahət zonaları barədə heç bir informasiya tapmayan turist təbii ki, ekranda gördüyü “X” məkanına üz tutacaq.
Respublikamızın sayılıb-seçilən istirahət mərkəzlərinin öz məlumat bazası olmalı, onların məzmun və forma daşıyıcıları qeyd edilməlidir. Hazırda Qubada bu istiqamətdə işlər aparılmaqdadır. “Məstərgah”, “Cənnət bağı” istirahət mərkəzlərinin, “Şane” hotelin ayrıca öz saytları var. Vaxtilə bir neçə istirahət mərkəzi olan Qubada indi onların sayı 40-a yaxındır. Müasir texnologiyalardan istifadə edənlər isə cəmi bir neçəsidir.
Turizmin inkişafı həm də daimi iş yerlərinin açılması deməkdir. Hər fəaliyyətə başlayan istirahət mərkəzi onlarla insanın işlə təmin olunması ilə nəticələnir. Artıq istirahət mərkəzləri ilin bütün fəsillərində fəaliyyət göstərdikləri üçün işçi potensialı öz iş yerini itirmir.
İndi ölkəmizdə qeyri-neft sektorunun inkişafı yüzlərlə sahənin inkişafında sıçrayışa səbəb olmuşdur. Bu sahələrdən biri də turizmdir. Hazırda bu sahədə böyük layihələr üzərində iş gedir.
Akif ƏLİYEV,
Azərbaycan.-2016.- 13 oktyabr.- S.7.