Rauf Məmmədov
Amerikada “Milyonçular”
open-yarışında qalib
oldu
Azərbaycanlı
beynəlxalq qrossmeyster, ikiqat Avropa çempionu Rauf Məmmədov
Amerikanın Atlantik Siti şəhərində
keçirilmiş “Milyonçular” şahmat festivalı çərçivəsində
open-yarışının qalibi olmuşdur. O, yekunda 6,5 xal
toplayaraq əlavə göstəricilərə görə
amerikalı qrossmeysterlər Varujan Akobyan, Ceffri Ksünq,
Yaroslav Jerebux və kubalı şahmatçı Lazaro Bruzonu
geridə qoymuşdur.
İsveçrə
sistemi üzrə keçirilən yarışlar zamanı
Rauf Məmmədov ABŞ-ı təmsil edən erməni əsilli
V.Akobyan, rusiyalı qrossmeysterlər
Dmitri Şevelyov, Aleksandr İvanov, amerikalı
şahmatçı Konrad Holt üzərində qələbə
qazanmışdır.
Amerika
turnirinin yekununa görə, Rauf Məmmədov öz reytinqinə
5,9 xal əlavə etmişdir.
Hazırda
azərbaycanlı qrossmeyster dünya reytinqində 2683,9 xal
göstərici ilə tanınır.
Azərbaycan.-2016.- 13 oktyabr.- S.8.