Azərbaycan
dünyanın aparıcı metallurgiya
ixracatçılarından birinə çevrilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 13-də “Baku steel company” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) oksigen zavodunun açılışında iştirak edib.
AZƏRTAC xəbər verir ki, MMC-nin müşahidə şurasının sədri Rasim Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verdi. Bildirildi ki, burada 2012-2013-cü illərdə əsaslı yenidənqurma işləri aparılıb. Cəmiyyətin inzibati binası da görülən işlər çərçivəsində müasir səviyyəyə çatdırılıb. Binanın foyesində ulu öndər Heydər Əliyevin büstü qoyulub, Ümummilli Liderin bu şirkətdə, Prezident İlham Əliyevin isə müxtəlif istehsal müəssisələrində olduqları vaxt çəkilən fotolarından ibarət stend yaradılıb. Şirkət 2001-ci ildə ulu öndər Heydər Əliyevin iştirakı ilə açılıb.
Prezident İlham
Əliyevə burada hazırda icra olunan üç
yeni layihə barədə məlumat verildi. Yeni layihələrə ferroərintilərin və
şıxta materiallarının soba və
soba-çalova verilməsini təmin edən
müasir
avtomatlaşdırılmış qurğunun,
9 metr radiusda olan üçşırnaqlı, tökmə
sürəti dəqiqədə 5 metr olan fasiləsiz pəstahtökmə
maşınının quraşdırılması, həmçinin
illik məhsuldarlığı 550 min ton olan
çeşidli yayma xəttinin
yaradılması daxildir. Bu xətt istehsal
prosesində itkiləri azaltmaq üçün pəstahların bir-birinə
avtomatik qaynaq
olunması qurğusu ilə təchiz edilib. Çeşidli yayma xəttində tökmə
maşınından pəstahların isti
şəkildə verilməsi də nəzərdə tutulub ki, bu
da öz növbəsində
enerjiyə qənaət etməyə imkan
yaradır. “Baku steel company” MMC bu layihələri İtaliyanın
“Danieli” şirkəti
ilə reallaşdırır.
Sonra Prezident
İlham Əliyev oksigen zavodunun açılışında iştirak
etdi.
Zavod dünyanın
bu sahədə ən qabaqcıl şirkəti olan “Air Liquide” şirkətinin avadanlığı ilə
təchiz olunub. İnşası yerli şirkətlər tərəfindən aparılan
bu müəssisənin
istehsal gücü saatda 5 min kubmetrdir. Burada istehsal ediləcək oksigen kimyəvi tərkibinə görə çox yüksək təmizliyə
malikdir və “Baku
steel Company”nin artan istehsal gücünü tam ödəməklə
yanaşı, elektrik qövs sobasında kimyəvi enerji kimi istifadə edilir. Bu isə
elektrik enerjisi məsrəfinə qənaət
etməyə imkan verir.
Dövlətimizin başçısı İlham
Əliyev zavodu işə salan düyməni basdı.
“Baku steel company” MMC ölkəmizin qeyri-neft sektorunda ən böyük vergi ödəyicilərindəndir. Burada son illərdə
aparılan yenidənqurma
işləri nəticəsində
şirkətin illik istehsal gücü 250 min tondan 1,100 min tona çatdırılıb.
Prezident
İlham Əliyev polad istehsalı sahəsində məhsulun
hazırlanması prosesi
ilə tanış
oldu.
Bu il “Baku steel company”də
tikişsiz boru istehsalı üçün
xammal olan dairəvi pəstahların
hazırlanmasına başlanılıb.
Hazırda diametri 130, 170, 190, 220 millimetr olan dairəvi pəstahlar müvafiq polad markalarına uyğun olaraq istehsal edilir.
Dövlətimizin başçısı burada
istehsal olunan məhsullara baxdı.
“Baku steel company” MMC müasir Azərbaycanın metallurgiya sənayesinin inkişafında əsas rolu olan qabaqcıl poladəritmə müəssisəsidir. Müəssisədə quraşdırılan dünyanın aparıcı şirkətlərinin istehsalı olan müasir avadanlıq yüksək keyfiyyətli və rəqabətədavamlı məhsul əldə etməyə tam imkan verir. Daxili və xarici bazarın polad məmulatlarına tələbatını nəzərə alan “Baku steel company” istehsal olunan məhsulun çeşidini genişləndirib. Bu məqsədlə zavodda iki yeni yayma xətti quraşdırılaraq çoxçeşidli künclük, şveller, ikitavrlı şveller və yayma məftil məhsullarının istehsalına başlanılıb. Eyni zamanda, müəssisədə müxtəlif markalı polad pəstahlar, diametri 10-32 millimetr olan armaturlar istehsal edilir. Məhsulların hamısı yüksək keyfiyyəti ilə seçilir. İxrac siyasətini hər zaman inkişaf etdirən şirkət məhsullarını Rusiya, Gürcüstan və digər ölkələrin bazarlarına çıxarır. Regionun aparıcı müəssisələrindən biri olan “Baku steel company” məhsulun çeşidini daha da genişləndirməyi qarşısına məqsəd qoyub. Şirkət regionun və dünyanın aparıcı metallurgiya ixracatçısı kimi fəaliyyətini müasir tələblər səviyyəsində qurub.
Müəssisə ilə tanış olan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.
Azərbaycan.-2016.- 14 oktyabr.- S.1.